Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?
31 avqust 2026
# 11:40

2026-cı il Venesiya Film Festivalında Martin Makdonah və Verner Hertsoq kimi məşhur rejissorların filmləri yarışacaq.

Kulis.az xəbər verir ki, sentyabrın 2-dən 12-dək Lido adasında keçiriləcək festivalda bu il Qızıl Aslan mükafatı uğrunda mübarizə aparacaq münsiflər heyətinə Meqqi Cillenhol rəhbərlik edəcək.

Proqramda İrlandiya kinematoqrafiyasının üstünlüyü diqqət çəkir.

Aktrisa Sirşa Ronan ilk qısametrajlı rejissorluq işi olan "Paper Plane" filmini təqdim edəcək.

Verner Hertsoqun İrlandiyada çəkdiyi və Domnal Qlisonun baş rolu ifa etdiyi "Bucking Fastard" filmi isə əsas müsabiqə bölməsində yer alıb.

Martin Makdonahın, Con Malkoviç və Sem Rokuellin rol aldığı "Wild Horse Nine” ekran işi favoritlər arasında göstərilir.

Festivalda həmçinin qalmaqallı layihələr də yer alıb.

İlya Krjanovskinin Sovet nüvə fizikasından bəhs edən "Dau" filmi Ukrayna Mədəniyyət Nazirliyinin etirazlarına baxmayaraq, proqrama daxil edilib.

Builki festivalda "Ömürboyu uğur" mükafatları Ellen Börstin və Corc Kluniyə təqdim olunacaq.

Mükafat üçün ən potensiallı namizəd kimi isə Qəzzadakı itkilərdən bəhs edən "Naza" sənədli filmi göstərilir.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər