Şuşa Teleradio Yayım Stansiyası haqqında film çəkilir

Şuşa Teleradio Yayım Stansiyası haqqında film çəkilir
25 oktyabr 2024
# 10:14

Murad Muradov və Ramil Ələkbərovun ssenarisi əsasında “Danışır və göstərir Şuşa” adlı sənədli filmin istehsalı davam edir.

Kulis.az xəbər verir ki, film Şuşa Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti haqqındadır.

Fimin qəhrəmanı stansiyanın sabiq əməkdaşı, mühəndis Fazil Həsənovdur. Stansiyanın taleyi Qarabağın, Şuşanın və ümumilikdə Azərbaycanın 60 illik dövründə baş verən hadisələr fonunda cərəyan edir. Şuşa Radio-Televiziya Yayım Stansiyası 1990-cı ildə yanvar hadisələri zamanı – Dövlət Televiziyasının enerji blokunun partladıldığı dövrdə yeganə televiziya informasiya mənbəyi kimi fəaliyyət göstərib. Filmdə Yayım stansiyasının hazırki əməkdaşları, həmçinin vaxtilə ora ezam olunmuş jurnalist Bəxtiyar Qaraca, rejissor Əlimürsəl Hüseynov və Şuşa stansiyası ilə əməkdaşlıq etmiş şəxslərdən müsahibələr alınıb.

Filmin çəkilişləri Bakıda və Şuşada aparılıb. Filmdə həmçinin arxiv materiallarından istifadə olunacaq.

Filmin prodüseri Yaşar Əhmədov, rejissoru Murad Muradov, operatoru Nadir Mehdiyev, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Azad Axundovdur.

“Oskar prodakşn”ın istrehsalı olan filmin ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur.

# 544 dəfə oxunub

Müəllifin son yazıları

# # #