“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin heyəti Özbəkistanda

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin heyəti Özbəkistanda
20 may 2024
# 09:30

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin yaradıcı heyəti Özbəkistanda səfərdə olub.

Kulis.az xəbər verir ki, filmin çəkilişlərinin aparılacağı Türk dövlətlərində məkanların seçilməsi, heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması, həmçinin digər istiqamətlərdə bir çox işlər həyata keçirilib. Özbəkistan səfərində filmin yaradıcı heyəti ilə yanaşı Mədəniyyət Nazirinliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov da iştirak edib.

Qeyd edək ki, 100 dəqiqəlik filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev, baş prodüseri Zaur Darabzadə, prodüseri Azər Quliyev, icraçı podüseri Tofiq Musayevdir. Çəkilişlər avqust ayında başlanılacaq. Film haqqında ətraflı informasiya tezliklə kinoinfo.az saytında yerləşdiriləcək,

# 824 dəfə oxunub

Müəllifin son yazıları

# # #