Markesin məşhur əsərinə çəkilən serial təqdim edildi

Markesin məşhur əsərinə çəkilən serial təqdim edildi
6 avqust 2026
# 11:20

Kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin eyniadlı romanı əsasında ekranlaşdırılan "Yüz ilin tənhalığı" serialının davamı "Netflix" platformasında tamaşaçılara təqdim olunub.

Kulis.az xəbər verir ki, Markesin sağlığında ekrana uyğunlaşdırılmasına qarşı çıxdığı əsər, müəllifin vəfatından sonra varislərinin razılığı ilə serial formatında lentə alınıb.

Lora Mora və Karlos Morenonun rejissorluğu ilə ərsəyə gələn ekran işində Klaudio Katanyo, Xulian Roman və Enmanuel Suasa kimi tanınmış aktyorlar rol alıblar.

Qeyd edək ki, serial romandakı magik realizm elementlərinə və məzmun cəhətdən mətnə sadiqliyi ilə diqqət çəkir.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər