Oskar mükafatçısı Entoni Hopkins rejissor Timoti Vudvordun qiyamət sonrası gələcəkdən bəhs edən yeni "2048" elmi-kütləvi trillerində baş rolu ifa edəcək.
Kulis.az xəbər verir ki, insanlığın yer altına sığınmaq məcburiyyətində qaldığı bir dünyada cərəyan edən ekran işində Hopkins cəmiyyəti manipulyasiya və psixoloji təzyiqlə idarə edən avtoritar "Kollektiv" rejiminin qəddar memarı Brayant obrazını canlandıracaq.
Süjet xəttinə əsasən, film Wesley adlı fəhlənin gizli müqavimət hərəkatı ilə əlaqə quraraq keçmişə dair xatirələri silən bu qapalı sistemə qarşı mübarizəyə başlamasını təsvir edir.
Entoni Hopkinsin yeni layihəsi açıqlandı