Kulis.az İsveçrədə yaşayan həmyerlimiz Valeh İbrahimovun tərcüməsində böyük alman mütəfəkkiri Yohann Volfgang von Höteden tərcümə etdiyi iki şeiri təqdim edir.
I şeir
Hər şeyin var zamanı - Yaxşısı və yamanı.
- "Dünya mərhəmətə söykənib, aşmaz..." - Andrey Dementyev və Yevgeni Yevtuşenkonun şeirləri
- Arvadı kəpənəyə çevrilən kişi - YAPON NOVELLASI
- Məşhur serialın aktrisasından Azərbaycana dəstək
Yaxınlar uzaq olur - İstilər sazaq olur.
Gənclər də qocalacaq - Soyuqlar da qızacaq.
Varlı kasıb olacaq - Bir səy ağıllanacaq.
Hər şeyin var zamanı - Yaxşısı və yamanı.
II şeir
Bir dəfə Höte bir mehmanxanaya daxil olub bir şüşə şərab sifariş verir. O, şərabı təmiz bulaq suyu ilə qarışdırıb içməyə başlayır. Qonşu masada dörd nəfər kefcil tələbə Hötenin bu hərəkətinə diqqət yetirirlər. Onlardan biri sataşmaq məqsədilə Hötedən soruşur ki, nə üçün Höte belə qiymətli şərabı su ilə qarışdırıb içir. Höte onların onu ələ salmaq fikrini anlayıb onlara istehza ilə cavab verir:
Su ayrılıqda sakit, lal olur.
- Göldə balıqlar buna misal olur.
Şərab ayrılıqda edir adamı axmaq.
- Buna misal kənarda oturan sarsaq
Mən olmaram onların heç birindən –
Odur ki, qarışdırdım hər birindən