Salam Sarvan: "Aqşinə qarşı ədalətsizlik olmayıb"

Salam Sarvan: "Aqşinə qarşı ədalətsizlik olmayıb"
23 yanvar 2013
# 15:08

Xəbər verdiyimiz kimi şair Aqşin Yenisey və yazıçı Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçirdiyi Ədəbiyyat Müsabiqəsində iştirakdan imtina ediblər. Aqşin Yenisey və Zakir Sadatlı imtina qərarını münsiflər heyətindəki son dəyişiklik və AYB-də baş verən təbəddülatlarla bağlayıblar.

Aqşin Yenisey və Zakir Sadatlının müsabiqədə iştirakdan imtina etməsiylə bağlı Ədəbiyyat Müsabiqəsinin münsifi şair Salam Sarvan Kulis.Az-a açıqlama verib. Salam Sarvan Ədəbiyyat müsabiqəsində hər hansı problem yaşanmadığını bildirdi: “Münsif kimi deyə bilərəm ki, müsabiqənin ikinci mərhələsinə kimi hər şey açıq səs vermə ilə keçirilib. Heç bir mübahisə, qovğa yaşanmayıb”.

Bundan sonra prosesə uyğun olaraq addımlar atılacağını söyləyən Salam Sarvan münsif kimi Aqşin Yeniseyin və Zakir Sadatlının müsabiqədən imtina bəyanatlarına şərh vermək istəmədi: “Ancaq bunu deyə bilərəm ki, münsiflər heyətinin əksəriyyəti Aqşin Yeniseyin ikinci mərhələyə keçməsi üçün ona səs veriblər. Münsiflər heyəti Aqşinə qarşı ədalətsiz mövqe sərgiləməyib”.

# 2403 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #