İranlı rejissorun çəkdiyi qalmaqallı film bitdi

İranlı rejissorun çəkdiyi qalmaqallı film bitdi
13 iyun 2016
# 10:03

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişləri yekunlaşıb.

Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru Babək Şirinsifətdir.

Kulis.Az Azərtaca istinadən xəbər verir ki, psixoloji dram janrında çəkilən ekran əsərinin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırıblar. Erməni işğalında olan Qarabağ haqqında həqiqətləri ekranlaşdırmağı qarşısına məqsəd qoyan yaradıcı heyət filmin çəkilişlərini Bakı və Gəncə şəhərlərində, Şəki, İsmayıllı, Lahıc və digər bölgələrdə aparıb.

Filmdə Kəlbəcər rayonundan olan bir şəxsin Qarabağ münaqişəsi ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs olunur.

# 1579 dəfə oxunub

Müəllifin son yazıları

# # #