YUĞ-da yeni tamaşa

YUĞ-da yeni tamaşa
2 iyun 2017
# 17:39

İyunun 4-də Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşasını – “Metamorfoza” adlı səhnə əsərini təqdim edəcək. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

Teatrdan bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşacaq. /azertag.az/

# 1385 dəfə oxunub

Müəllifin son yazıları

# # #