Azərbaycanlı fotoqrafın işləri İtaliyada sərgilənib

Azərbaycanlı fotoqrafın işləri İtaliyada sərgilənib
4 sentyabr 2025
# 14:50

Azərbaycan Mədəniyyəti Həftəsi çərçivəsində Kassini şəhərindəki (İtaliya) “Palazzo Mandrilli” qalereyasında fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi fotosərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgidə 50-dən çox fotoşəkil yer alır və Azərbaycanın təbii gözəlliyini bütün rəngarəngliyi ilə təcəssüm etdirir.

Aydın Mehdiyev texnika elmləri doktoru, gömrük xidməti polkovniki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professoru, 2025-ci ilin aprel ayında Beynəlxalq İncəsənət Fotoqrafları Assosiasiyası (IAAP) tərəfindən “Titan” adına layiq görülmüş məşhur fotoqrafdır.

Qeyd edək ki, fotosərgi üç gün davam edəcək.

# 376 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər