Bu gün çağdaş Azərbaycan poeziyasının ən tanınmış nümayəndələrindən olan Salam Sarvanın doğum günüdür. Şairin 54 yaşı tamam olur. Salam Sarvan Azərbaycan ədəbiyyatında xüsusi dəst-xətti ilə seçilən şəxslərdəndir. O, Səməd Vurğun və Ramiz Rövşəndən sonra ən çox yaddaşlarda qalan şairdir.
Kulis.az Salam bəyi təbrik edir və onun, demək olar ki, hamının əzbər bildiyi "Bağışla, otağım tör-töküntüdür" şeirini təqdim edir.
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol-budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.
- Azərbaycandan sürgün edildi, ona görə yoldaşı işdən qovuldu, bəstələdiyi mahnı başına bəla oldu - “Ayrılığ”ı yazan bəstəkarın həyatı
- Rusiyanın Xalq artisti vəfat etdi
- Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi keçirdi
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-töküntüdü.