Sevgilimin övladımdakı qoxusu

Sevgilimin övladımdakı qoxusu
12 yanvar 2015
# 14:40

Bəzən danışacaq çox şeyin olar, amma danışacaq birin olmaz. Bəzən məndə "Ruhi xəstə" olmaq istəyirəm, bəlkə də yazılarımın çoxunda Həyata qarşı şikayətim artır, amma mən sadəcə həyatın mənə qarşı oynadığı soyuq qanlı mübarizəsinə qalib gəlməyi bacarıram, çünki mən kraliçayam, həyatın soyuq mübarizəsinə sinə döymüş bir kraliça... Bu həyat mənə çoxda gözəl günlər sunmayıb. Çünki bir çox yazarlar yazılarında həyatı ədalətsiz adlandırır. Nəyinsə qarşılığında yaşamaq üçün imkanlar yaradır. Əslində həyat pul qarşılığında insanları əyləndirən fahişə kimi, ac vaxtında çörək almaq üçün sadəcə 10 qəpiyi çatmayan körpə dilənçi uşaq kimidir.

Uşaqlığım olmayıb, anamı səkkiz yaşında tanımışam. Atam yenidən evləndikdən sonra həyat dəyişdi, bir gün nənəm məni geyindirib “səni ananın yanına aparıram” dedi və bir məhəlləyə gətirdi bir qadını göstərib “bax o sənin anandır” dedi. Nə qədər yad bir hissdir... Bu sənin anandır cümləsi. Mən bu hissi yaşamışdım anamın evinə girəndə... “Ayaqqabılarımı çıxardıram, narahat olmayın” dedim. Anam isə “bura sənin evindir istəyirsən heç çıxartma” dedi və gülümsədi.... O gündən sonra nə atamı, gördüm nədə ki nənəmi...Yeni həyatıma anamla davam edəcəkdim... İllər keçdi, anamın xəstə olduğun bildim, bunun necə ağır olduğunu anlamaz kimsə, bunu yaşamayan duymayan heç kimsə. İllər sonra ananın olduğunu öyrənirsən və hər nə qədər yad olsa da o xəstədir. Qığılcım düşür sinənə. İtirmək qorxusu sarsıdır soyuq tər kimi... Qrup uşaqları əylənməyə getdiyi zaman mən anama “uşaqlarlayam” deyib işləyirdim... Çünki həyatda tək varlığım anam idi. Onun xəstəliyi getməliydi çünki....

Qazandığım məbləğ anama kömək olmurdu və hekayələr yazıb satmağa başlamışdım. Bu yol ilə həm evi dolandıra bilir, həm də ki anama yardım edirdim. Problemlərim çoxalırdı və bir dostum vardı Malik, onun köməkliyi ilə kitabımı çıxartmaq qərarı aldım və bir ay içində kitabı çıxartdım...Bu kitab mənə məşhurluq birlikdə xoşbəxtlikdə gətirdi və hər şey yoluna girirdi ki, evlənməyi qərara aldım. Malikin bir dostu var idi Zeyn. Onu çox sevmişdim. Evləndik bir qızımızda var, amma Zeyn yoxdu, nədə ki anam.

Qızımla yaşayıram indi və həyatın soyuq mübarizəsinə qalib gəlmək üçün əlimdən gələni edirəm. Ananı xatırladan ev, sevdiyini xatırladan körpə bilirsinizmi nə deməkdir? Evimdən anamın qoxusunu, körpəmdən sevdiyimin qoxusunu alıram. Və hər bir yazarın haqqıdır bu əslində, yaşadığı həyatı fahişə adlandırmaq...

# 1967 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #