Dostoyevskisayağı darıxmaq

Dostoyevskisayağı darıxmaq
21 fevral 2017
# 15:29

Lalə Niftəliyeva

15 gün olar ki, Rusiyanın Murmansk şəhərində məskən salmışam. Şimal Buzlu okeanın sahilində, dağların üzərində yerləşən buz kimi bir şəhərdi bura. Hər yer bəyaz qarın altındadı. Ağ şəhərdi bura. Təyyarə enməyə başlayanda şam ağaclarının uzandığı ağappaq mənzərə qarşıladı məni. Elə bil ki, rejissor film çəkir, mən də onun obrazıyam. Tənbəllik etməyib məni atıb düz filmin ortasına.

İlk üç günü özümə yer tapa bilmirdim. Əzizlərim, doğmalarım məndən iki aeroport uzaqda qalmışdılar. Sonra işləməyə başladım. Hər gün Tolstoyun, Dostoyevskinin bir obrazı ilə tanışlıq yaradıram elə bil. Soyuq, amma işıqlı gülümsəmələr də varmış. Uzun boylu, arıq, gözlərində həyat eşqi ilə alışıb yanan, məsuliyyətli ruslar. Bura gələndən hələ bir dəfə də olsa mübahisə görməmişəm.

Gördüyüm bir yaşlı kişinin əlində pivə yolla etdiyi mübahisə olub. Yoldan ona ikinci butulkanı almaq üçün icazə istəyirdi. Axı burda yollar buz bağlayıb. Amma qəribə bir Dostoyevski sayağı darıxmağı var buraların. İçinə buz kimi Tanrı girər burda. Qanına qarışar səni dondurar. Niyə belə deyirəm? Bir azdan danışacam onu da...

Birdə sizə nədən danışım? Bizim bu həmyerli qoçaqlarımızdan. Mən onların burda niyə belə varlandıqlarının sirrini açmışam. Biz axı çox ehtiyac içində yaşayan millətik. Bu ehtiyac zibilin ucbatından da ağlımız aldatmağa, atmağa, satmağa, day nə deyim sizə, bu cür şeylərə çox yaxşı işləyir. Ruslar isə adamın üstündə Allah var, çox səmimi insanlardı. Desən ki, bu qatıq qaradı, deyəcək ki, hə, qara deyirsənsə, qaradı. Bu da axmaqlıqdan irəli gəlmir, ay mənim əzizlərim, bu onların yalan danışmamaqlarından irəli gəlir. Onlar bir-birinə yalan danışmağa məcbur deyillər. Bizimkilər isə eləmə tənbəllik, bax elə bu cür alverlə məşğul olurlar. Davaları da ancaq özləri ilə olur...

İşləməyə başladığım gündən hər kəslə dil tapıram. Yanıma bir nənə gəlir. Bacımın çoxdankı nənəsidi, onun dili ilə desək. Məni ilk gördüyü anda bacıma baxıb dedi ki, bu bir güldü, qoru bu qızı. Sonra da heç nənəmdən belə görmədiyim jest etdi mənə. Bir köynək və şokolad hədiyyə etdi. İndi hər yanıma gələndə mənə bir hədiyyə alır. Bu gün yenə gəlmişdi bir nağıl kitabı, qırmızı üzlü bir bloknot, şokolad və bir də papaqla. Utandım hədiyyələri almağa. Deyirəm ki, etməyin belə. Çox utanıram. Qırışların içində iki brilliant kimi parlayan balaca gözləri ilə mənə baxdı və dedi:

- Sən mənimlə söhbət edirsən. Sən çox yaxşısan...

# 1417 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #