Kulis.az Feyruz Muradovun "Acınacaqlı ölüm" adlı hekayəsini təqdim edir.
Həyat dəyişir.Bəzən sürətlə,bəzən isə ləng.Bəzən biz bu dəyişikləri hiss edirik, bəzənsə yox. Bəzən bu dəyişiklərə hazır oluruq , bəzən isə hazır olmuruq.Bu kimi düşüncələr keçmiş tanışım Məmmədin ölümünü xatırlarkən şüurumda dolanır. İndi dəonun acınacaqlı ölümünü unuda bilmirəm. Onunla tanışlığımız redaksiyadan başlanmışdı. O illər sovet hökümətinin dünyaya meydan oxuduğu illər idi. Məmməd rayonun rusdilli qəzetində fotomüxbir işləyirdi. Çox dilli-dilavər, fəal, işgüzarlığı ilə gözə çarpan adam idi. Mən isə azərbaycan dilində çıxan yerli qəzetlə əməkdaşlıq edir və müxtəlif mövzuda yazılar yazırdım. Qəzetlər bir binada yerləşdiyindən tez-tez Məmmədlə üz-üzə gəlrdik. Salamlaşır, hal-əhval tuturduq. Lakin Məmməd adamlarla çox da yaxın münasibət qurmağı sevməzdi.Eləcə də mənimlə. Bunu işinə çox vaxt sərf etmək məcburiyyətində qallması ilə əlaqələndirirdi ki, bu da onun hörmətini artırırdı.
Məmməd fəhləlikdən fotomüxbirliyə gəlmişdi. Redaksiyada işə düzəlnə qədər o neftçi olmuşdu. Bəxti gətirmişdi və onu qəzetə işə qəbul etmişdilər. O zamanlar fotoqrafiya ilə məşğul olmaq üçün gərək xüsusi avadanlıqlar alıb, həmin avadanlıqlarla işləməyi bacaraydın. indiki kimi şəkil çap edən lazer avadanlıqları mövcud deyildi. Fotoaparat almaq üçün də xeyli xərc tələb olunurdu. Məmməd bunların hamısının öhdəsindən gəlmişdi. Odur ki, onun ulduzu parlamışdl. Onu
rayonun rusdilli qəzetinə fotomüxbir qəbul etmişdilər. Bir müddət redaksiyada işlədikdən sonra Məmməd maşın da aldı. Redaksiyadan ona ev də verdilər. Gözəl iş,yaxşı qazanc, gözəl ailə. Məmmədin həyatı belə idi. O vəzifəli adamları ətrafında dolanar,lazım gələndə ona problemlərinin həllində köməklik göstərərdilər. Bir məsələdə var idi ki, vəzifəli,imkanlı adamlarla işgüzar görüşlər yeyib-içmək məclisləri olmadan keçmirdi. Məmməd də tədricən belə məclislərə alışırdı. Düzdü o ağıllı adamlarla içirdi və ağılla içirdi. Böyüklərin məsləhət etdiyləri kimi normasını da
gözləyirdi. Bir də ki, əgər içməsəydi, ona pis baxardılar, qınayardılar.Həm də içki gözəl və maddi təmin olunan həyatın atributlarından biri kimi qəbul olunurdu. Məmmədiniki oğlu var idi.O övladlarına yaxşı təhsil verdi.Hər iki oğlu ali təhsil aldı. Amma böyük oğlan rayon yerində yaşamaq istəməyib paytaxta üz tutdu.Kiçiyi isə valdeynlərindən
uzaq olmasın deyə rayonda qaldı. Məmməd həm də ov həvəskarı idi.Tüfəngi vardı.Hərdən tüfəngi götürüb vəzifəli
dostları ilə meşəyə ova gedərdilər.Balıqçılıqla da arası yaxşı idi.İmkan tapanda balıq tutmağa da gedirdi.Bütün bu mərasimlər içki məclisləri olmadan keçməzdi.
Həm də Məmməd bu istirahətlər zamanı fotoaparatını da götürər, bir neçə mənzərə şəkilləri çəkib qəzetlərində dərc etdirərdi.Öz təəssüratlarını şəhəri gün redaksiyada iş yoldaşları ilə bölüşürdü.Bu tipik sovet həyat tərzi idi.Məmməd isə tipik sovet adamına xas həyat tərzi keçirirdi.Amma o zaman heç kimin ağlına gələ bilməzdi ki, belə həyat sona çatar bilər. Sovet hökümətinin sütunları laxlamağa başlayar.Lakin hamının əbədi
mövcud olacağını düşündüyü sovet hökuməti tədricən dağılmağa başladı və çökdü.Rayonun rusdilli qəzeti bağlandı.Rusdilli qəzetin keçmiş əməkdaşları rayonu tərk edib Bakıya getdilər.Onların çoxları Bakıdan gəlmişdilər.Məmməd isə rayonlu idi.Rayonda da qaldı.Daha redaksiyada fotomüxbir deyildi. Adi fotoqraf idi.Adi
fotoqraflar kimi gedib şəkil çəkib pulunu qazanırdı.Amma qazancı, hörməti əvvəlki səviyyədə qalmamışdı.Elə bil ki, tale onunla oyun oynamağa başlayırdı.Tərs kimi xarici ölkələrə sərhədlər açılması səbəbindən ölkəyə fotolentləri yuyan həm lentlərdəki kadrları çap edən lazer aparatları gətirdi . Şəkil çəkmək üçün ucuz fotoaparatlar da
peyda oldu.İndi hamı özü şəkil çəkib, çap etdirmək imkanı qazanmışdı.Məmmədin fotolarına əvvəlki təlabat qalmamışdı.Bir məsələdə bəxtı gətirmişdi ki,artıq təqaüd yaşı yetişmişdi.Təqaüd alıb dolana bilirdi.Övladları da yeri gələndə ona maddi yardım göstərirdilər.Lakin bu Məmmədin gözlədiyi həyat deyildi.Əvvəlki , sovet dövründə
sürdüyü həyatı indi ona yuxu kimi görünürdü.İndiki həyatsa sönük,maraqsız bir mövcudluğu xatırladırdı.Məmməd bunu gözləmirdi.Heç yatsa yuxusuna belə girməzdi ki, nə vaxtsa belə bir güzarana gələ bilər.Məmməd zahirdə bunu buruza verməsə də daxilində bu sarsıntıları keçirirdi.Fikrini bir qədər dağıtmaq, həm də bir-iki balıq tutub yemək üçün tez-tez balığa gedirdi.Hərdən ova da gedirdi.Amma daha əvvəlki vəzifəli dost-tanışları yanında olmurdular.Tutduğu balıqlardan, ovladığı quşlardan bir qismini qonşulra satırdı.Qalanlarını isı özü istifadə edirdi. Məmmədin yaşı artıq 70-i ötmüşdü.Yaşına görə sağlam və gümrah görünürdü.Sən demə bu aldadıcı təəssüratimiş.
Bir gün axşamüstü gəzməyə çıxarkəna tanışlardan eşitdim ki, iki gün əvvəl kür çayında balıq tutmağa gedən bir nəfər suya yıxılaraq ölüb. Suda boğulanın kim olduğunu bilmirdilər.Bu xəbərə elə də əhəmiyyət vermədim. Fikirləşdim ki, yəqin hansısa piyanıskanın biri imiş. Ağlı başında olmadığından suya yıxılıb. Amma heç də belə deyilmiş. Ölən Məmməd imiş.Məmmədin son vaxtlar ürəyində problemlər yaranmışdı. Bu səbəbdən də həkimlərin tövsiyəsi ilə içkidən imtina etmişdi. Adəti üzrə tez-tez balıq tutmağa gedirdi. Özü də adətən adam az olan yerlərdə çadırını qurarmış
ki, ovu yaxşı olsun. Onun olduğu yerdə kim isə gəlib tilov atmaq istəyəndə, onları qovurmuş. Hamı bilirdi ki, xasiyyəti tünddür. Xasiyyətini bildiklərindən heç kim onun yaxılığında tilov atmağa getmirdi. Deyirdilər ki, Məmməd harada balığın yaxşı çıxdığına çox gözəl bilirdi. Balığa gedəndə özü ilə yeddi-səkkiz tilov aparırdı.Həmin gün
də ovu yaxşı olub. Balığa gedəndə özünü saxlaya bilməyib bir qədər araq da götürüb.
Həkimlərin qadağalarına baxmayaraq o ara-sıra qadağaları pozurdu. Adətən belə ara-sıra içki qəbul etməsi ağır nəticəyə səbəb olmurdu.Bu da onu ürəkləndirirdi. Lakin son dəfə balıq ovu zamanı içkinin təsiri ayrı cür olur. O, tilova balıq düşdüyünu görür. Qalxıb tilovu çəkmək istəyərkən ürəyindən kəskin ağrı qopur. Əlindəki tilov balıqla birlikdə suya düşur. Nə qədər müvazinətini saxlamağa cəhd etsə də buna nail ola bilmir.S uya yıxılır. Suyun onu aparacağını anlayıb var gücü ilə çayın kənarındakı qamışlardan yapışır. Axar suyun onu apara biləcəyi qorxusu hər şeyə üstün gəlir. Ölmək bir yana, əgər su onu aparsaydı heç meyidi də tapıla bilməzdi. O, son nəfəsində çayın kənarıdakı qamış kollarında var gücü ilə yapışaraq və nəyin bahasına olursa olsun suyun onu aparmamsı uğrunda mücadilə aparırdı. Onun son nəfəsindəki
son istəyi yalnız bu idi. Onu səhəri gün bir balıqçı tapır. O balıqç ı çayın kənarı ilə keçərkən Məmmədin maşınını hələ də burada olduğunu görüb heyrətlənir. Axı Məmməd indiydək ə çoxdan getmiş olmalı idi. –“Yəqin nə isə olub ki, Məmməd hələgetməyib.”— deyə düşünən yoldan ötən balıqçı bunu aydınlaşdırmaq məqsədi ilə təpədən çayın kənarına enir. Bu vaxt o nə Məmmədin çayın kənarındakı kollardan iki əlli yapıçaraq qalmasını görür.Məmmədin bədəni isə suyun içində idi. Məmmədim çağırsa da ona hay vermir. Anlayır ki, o sağ deyil. Balıqçı hay-haray salaraq camaatı yığır. Meyiti sudan çıxarırlar. Gələnlər baş verən hadisənin nə səbəbdən baş verməsini müzakirə edirlər. Axı bu vaxta kimi çay kənarında belə ölüm halı baş verməsinin şahidi olmamışdılar. Balıqçılar deyirdilər ki,o yaxınlığa heç kəsi qoymurdu. Əgər qoysaydı
ona vaxtında kömək göstərərdilər və bu hadisə baş verməzdi. O, da ölməzdi. İnsanlardan belə uzaq düşmək lazım deyildi. Bəzən bu həyatı bahasına başa gələ bilər.