Türk kinosunun ən yaxşı çevriliş filmləri - SİYAHI

Türk kinosunun ən yaxşı çevriliş filmləri - <span style="color:red;">SİYAHI
18 iyul 2016
# 12:36

15 iyul gecəsi Türk Ordusunun bir qrup zabiti tərəfindən çevriliş cəhdi uğursuzluqla nəticələndi. Lakin qiyamçı əsgərlər bundan əvvəlki çevrilişlərdə niyyətlərinə çatmış və Türkiyə tarixində ağrı və acı dolu səhifələr yazmışdılar. Kulis.Az Türkiyə kinematoqrafiya tarixində özünə yer tapmış çevriliş dövründən bəhs edən filmləri təqdim edir.


Hoşçakal Yarın (1998)

“Əlvida, sabah” filmi 1972-ci ildı azadlıq tələb edib edam olunan üç gəncin - Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnandan bəhs edir.

Eylül Fırtınası (2000)

Bir uşağın gözündən 1980 çevrilişi göstərilir.

Beynelmilel (2006)

Kiçik bir Anadolu şəhərində - Adıyamanda 1980 hərbi çevrilişi zamanı baş verən hadisələrdən bəhs edən filmin rejissoru və ssenaristi Sırrı Süreyya Öndərdir. Kiçik insanların bucağından çevriliş son dərəcə dəhşətli görünür. Onlar üçün baş verənlər sadəcə olaraq anlaşılmazdır. Amma bu anlaşılmazlıq onları nəinki xoşbəxt edəcək, əksinə daha çox ağrıdacaq.

Yol (1982)

Türk kinosuna ilk Kann mükafatı qazandıran “Yol” filmi Yılmaz Güneyin imzasını daşıyır. Filmdə hərbi komendatura günlərində də məhbusun həyat hekayəsi realist bir dillə nəql olunmuşdur.

Babam ve Oğlum (2005)

Bir solçunun atası ilə münaqişəsindən bəhs edən bu film Türk kino tarixinin ən dramatik filmlərindən sayılır.

Eve Dönüş (2006)

Çevrilişdən sonra qaçan solçu Şehbuz yerinə səhvən həbs olunan fəhlənin dramı… İşgəncələr, zülmlər…

Və Mehmet Ali Birandın sənədli filmləri

Demirkırat: Menderesin hakimiyyəti və edamı hadisə şahidlərinin və sənədlərin dili ilə 10 seriyaya sığdırılıb.

12 Mart: (İhtilalın pencesindeki demokrasi): On seriyalıq sənədli film 1970-ci ildə baş verən çevrilişdən bəhs edir.

12 Eylül: 12 Sentyabr çevrilişini yaradan səbəblər və çevrilişdən sonrakı həyatı səbədli materialalrla təsvir edən sənədli film 9 seriyadan ibarətdir.

# 3467 dəfə oxunub

Oxşar xəbərlər

Bursada “Qaynana”  filmi nümayiş olundu

Bursada “Qaynana” filmi nümayiş olundu

16:30 12 may 2026
“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

09:43 12 may 2026
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

10:54 11 may 2026
Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

18:44 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər