“Nar bağı” filmi beynəlxalq festivalda göstərilib

“Nar bağı” filmi beynəlxalq festivalda göstərilib
15 aprel 2018
# 09:26

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Vyanada “LET´S CEE” beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Bu, azərbaycanlı rejissorun “LET´S CEE” festivalında nümayiş olunan ikinci filmidir. 2013-cü ildə festivala onun quruluş verdiyi “Buta” bədii filmi təqdim edilmişdi.

Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu „LET´S CEE“ beynəlxalq film festivalı, eyni zamanda, film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün mühüm platformadır. Yüzdən çox ekran əsərinin yer aldığı festival öz proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz qazana bilib. Təsis olunduğu 2013-cü ildən etibarən bu festival hər il Azərbaycan istehsalı olan bədii, sənədli və qısametrajlı filmləri öz proqramına daxil edir. 2015-ci ildə rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Nabat” bədii filminin baş qəhrəmanı Nabat rolunun ifaçısı Fatima Motamet - Arya festivalda “Ən yaxşı baş rol ifaçısı” nominasiyası üzrə qalib elan olunmuşdu.

Aprelın 13-də başlayan film festivalı ayın 22-dək davam edəcək. /azertag.az/

# 1723 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

12:55 4 noyabr 2025
“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər