Bakıda fərqli sərgi - FOTO

Bakıda fərqli sərgi - FOTO
17 aprel 2018
# 10:02

“Port Baku Mall” rəsm qalereyasında 18 xanım rəssamın əsərlərindən ibarət sərgi açılıb.

APA-nın məlumatına görə, “Təbiət, qadın və gözəllik” mövzusunu əsas konsepsiya olaraq seçən rəssamlar öz işlərində müxtəlif üslub və texnikalardan istifadə ediblər.

Sərginin açılış mərasimində çıxış edən argentinalı rəssam Marta de Quesada tədbir haqqında fikirlərini bölüşüb. O, 18 qadın rəssamın təqdim olunan əsərlərinin bir konsepsiyaya xidmət etdiyini deyib.

Tədbirin təşkilatçılarından biri və rəssam Turan Muxtarzadənin sözlərinə görə, sərgidə Azərbaycanla yanaşı Türkiyə, Argentina, Xorvatiya rəssamları iştirak edir: “Ümumilikdə 60 əsər təqdim olunur. Sərgi aprelin 19-dək davam edəcək. Ekspozisiyadan da göründüyü kimi əsas mövzumuz qadın və təbiətdir. Sərgidəki əsərlər həm də satış məqsədilə nümayiş olunur. Sənətsevərləri dəvət edirik ki, həm ekspozisiyadan həzz alsınlar, həm də ürəkləri istəyən əsəri evlərinin divarlarında görsünlər. Sərgi istedadlı fırça ustalarının şəhərimizin mədəni palitrasına daha bir töhfəsi olacaq”.

Təşkilatçı Ellada İsmayılova çıxış edərək, sərginin maraqla qarşılanacağına inandığını qeyd edib. O, əlavə edib ki, sərgidə gənc xanım rəssamlar - Turan Muxtarzadə, Ellada İsmayılova, Kəmalə Əliyeva, Lalə Şükürova, Səadət İsayeva, Marta de Quesada, Jasmin Frakassetti, Jalə Həsənova, Kübra Vəliyeva, Nərmin Sadıqova, Samirə Ağayeva, Ayla Ağayeva, Məryəm Şirin, Gülnar Əliyeva, Pakizə Kılınc, Aidə Ağayeva, Aişə Qurbanova və Fidan Zeynalovanın əsərləri yer alıb.

Qeyd edək ki, “Art Gallery Turan”ın və Ellada İsmayılovanın təşkilatçılığı ilə reallaşan sərginin dəstəkçiləri “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyəti və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə təşkilatlarıdır.

# 2064 dəfə oxunub

Oxşar xəbərlər

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

17:37 4 iyul 2025
Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda

18:40 30 iyun 2025
Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

17:33 30 iyun 2025
# # #