97-ci Oskar mükafatının qalibləri 2025-ci ilin 2 martında açıqlanacaq. BBC "Ən yaxşı film" mükafatını qazanmağa ən çox şansı olan 10 filmin siyahısını paylaşıb.
Kulis.az həmin siyahını təqdim edir.
"Konklav"
Hadisələr Vatikanda cərəyan edir. Kardinal Lourensə yeni Roma Papasını təyin etmək tapşırılıb. Kardinal mərhum Papanın bir sirri olduğunu öyrənir və bu sirr mütləq açılmalıdır.
"Nikel oğlanlar"
Kolson Uaythedin eyniadlı romanı əsasında ekranlaşdırılan filmdə hadisələr 1960-cı illərdə Floridadakı bir cəzaçəkmə müəssisəsində baş verir.
"Emiliya Peres"
Filmin qəhrəmanı Meksika narkobaronuna kömək edir ki, həbsdən yayınmaq üçün cinsiyyətini dəyişdirsin.
"Substansiya"
50 yaşlı Elizabet narkotik vasitəyə oxşayan dərman vasitəsilə daha gözəl, daha gənc, daha mükəmməl qadına çevrilməyə çalışır. Amma bu dərmanın ziyanı xeyrindən dəfələrlə çoxdur.
"Qladiator 2"
Ridli Skot iyirmi dörd ildən sonra beş Oskarlı "Qladiator" filminin ikinci hissəsini təqdim edir.
"Brutalist"
Filmdə yəhudi əsilli macar memar Laslo Totun həyatından bəhs edir. Tot Holokostdan sağ xilas ola bilib Amerikaya köçür.
"Anora"
Builki Venesiya Festivalında "Qızıl palma budağı"na layiq görülən filmdə Bruklinin ruslar yaşayan hissəsindəki barda striptizçi işləyən Eni Mixeyevanın hekayəsindən bəhs edir.
"Əsl ağrı"
Devid və Benci adlı əmiuşaqları nənələrinin vəsiyyətini yerinə yetirmək üçün Polşadakı evlərini ziyarət etməyə gedir.
"Qonşuluqdakı otaq"
Pedro Almodovarın ekranlaşdırdığı filmdə illərlə bir-birini görməyən iki rəfiqədən bəhs edilir.
"Tamamilə yad biri"
Film Bob Dilanın gənclik illərindən bəhs edir.