"Mən, Lalə, bir də Şerlok Holms" - yeni serial

"Mən, Lalə, bir də Şerlok Holms" - yeni serial
8 iyul 2024
# 10:19

Ssenarist Tural Sevdimalı və Vüqar Hüseynovun birgə yazdığı “Mən, Lalə, bir də Şerlok Holms” adlı 12 bölümlük serialın çəkilişləri davam edir.

Kulis.az xəbər verir ki, serialın quruluşçu rejissoru Rüfət Şahbazov, rejissoru Rasim Cəfər, quruluşçu operatoru Emil Qarayevdir. Baş prodüseri Amiran Babayev olan serial KAC Qrup Media tərəfindən istehsal edilir. İctimai Televiziyanın layihəsi olan serial ailəvi komediya və fantastika janrındadır.

Serialın əsas qəhramanı 7-ci sinif şagirdi olan Muraddır. Zəngin fantaziyaya malik Murad növbəti dəfə yay tətilinə çıxıb və istəməsə belə, valideynlərinin məşğulluğu səbəbindən bütün yayı nənə və babasının yanında – kənddə keçirəcək. Murad kənddə həmyaşıdı olan Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qadjetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirməyə çalışır. Muradın babası Oqtay müəllim təqaüddə olan polis polkovnikidir. Nənəsi Almaz xanım isə keçmiş ədəbiyyat müəllimidir və bədii ədəbiyyat nümunələri ilə zəngin böyük kitabxanası var. Babasıgildə qaldığı müddət ərzində Murad da kitablara maraq göstərir. Bir-bir o kitabları oxumağa başlayır.

Murad hər seriyada bir kitab oxuyur və kitabın qəhrəmanı xəyalında canlanaraq ona gündəlik çətinliklərini həll etməyə kömək edir. İlk seriyalarda yayı kənddə keçirəcəyi Muradı narahat edirdisə, getdikcə o artıq kənd həyatının gözəlliklərinə öyrəşir və burada yeni dostluqlar qurur. Hər seriyada Murad Lalə ilə birlikdə kəndə baş verən qəribə və dolaşıq hadisələrin çözülməsi ilə məşğul olur.

Serial biliklərin insanın həyatında xilasedici rolundan danışır, qohumcanlığa, dostpərvərliyə səsləyir. Hər kəsin şirin xatirələrində olan uşaqlıq illəri və macəra arzusunu canlandırır.

# 13637 dəfə oxunub

Oxşar xəbərlər

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

10:20 20 oktyabr 2026
Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

14:40 19 oktyabr 2026
“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

14:24 19 oktyabr 2026
London Film Festivalı  Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

11:20 19 oktyabr 2026
Elizabet Holms  haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

Elizabet Holms haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

11:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər