Gənc rejissorlar üçün sənədli film təlimləri

Gənc rejissorlar üçün sənədli film təlimləri
9 aprel 2025
# 09:17

Təlimləri Avropa sənədli kinosunun tanınmış siması Tue Steen Müller aparacaq.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafiya İttifaqı (AKİ) gənc rejissorlar üçün AKIDOCS – Sənədli Filmin İnkişafı və Piçinq layihəsi həyata keçirir. Layihənin gerçəkləşdirilməsindən əsas məqsəd beynəlxalq platformalarda rəqabətədavamlı sənədli film layihələri hazırlamaq və azərbaycanlı müəlliflərin bu sahədə uğur qazanmasına dəstək verməkdir.

Təlimin əsas məşqçisi sənədli kino sahəsində böyük təcrübəyə malik danimarkalı mütəxəssis Tue Steen Müller olacaq. O, 20 ildən artıq Danimarka Kino Şurasında qısametrajlı və sənədli filmlər üzərində çalışıb, həmçinin bir çox beynəlxalq kino dərgilərində yazılarla çıxış edib. Tue Steen Müller eyni zamanda Baltik Film və Televiziya Festivalı, Filmkontakt Nord, Aİ və Avropa Sənədli Filmlər Şəbəkəsinin həmtəsisçilərindəndir.

50 illik sənədli kino təcrübəsinə malik olan mütəxəssis bu günədək 40-dan çox ölkədə təlim və seminarlar keçirib. 2007-ci ildən isə İtaliyadakı Zeliq Sənədli Filmlər Məktəbində müəllim kimi fəaliyyət göstərir. O, Avropa sənədli kinosunda layihələrin inkişafı üzrə tanınmış simalardan biridir.

Qeyd: Təlimin işçi dili ingilis olduğu üçün layihəni təqdim edən komandanın ən azı bir üzvü ingilis dilini bilməlidir.

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

16:04 31 oktyabr 2026
“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

11:30 31 oktyabr 2026
55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

17:00 30 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər