Fransa kinosu günləri keçiriləcək

Fransa kinosu günləri keçiriləcək
9 aprel 2025
# 09:33

Azərbaycan Kinematoqrafçılar İttifaqının çoxsaylı layihələrindən biri olan film nümayişi təkcə yerli filmləri deyil, xarici filmləri, xüsusilə də dünya klassik kinosunu da əhatə edir.

Əvvəlki illərdə olduğu kimi bu il də tamaşaçılar AKİ-nin təşkilatçılığı ilə dünya kinosundan inciləri böyük ekranda, orijinal dildə, azərbaycanca altyazılarla izləmək imkanı qazanacaqlar.

Kulis.az xəbər verir ki, aprelin 15-dən başlayaraq AKİ-nin Azərbaycan Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığı çərçivəsində “Fransa kino günləri” start götürəcək.

15-22-29 aprel və 6 may tarixlərində dörd fransız tammetrajlı bədii filmləri nümayiş olunacaq.

Aprelin 15-də rejissor Rene Klemanın “Pişiklər” (Les félins) (1964) tammetrajlı bədii filmi nümayiş olunacaq. Filmdə məşhur aktyorlar Alen Delon, Ceyn Fonda, Lola Olbrayt çəkiliblər.

Aprelin 22-də, rejissorlar Metyü Delaport və Aleksander de La Patelyenin ekranlaşdırdığı “Qraf Monte-Kristo (“Le Comte de Monte-Cristo”) (2024) filmi nümayişolunacaq.

Aprelin 29-da rejissor Lui Malın “ Əlvida, uşaqlar” (“Au revoir les enfants”) (1987) filminin nümayişi baş tutacaq.

Mayın 6-da rejissor Jorj Franjunun ekranlaşdırdığı “Simasız gözlər” (“Les yeux sans visage”) (1959) tammetrajlı bədii filmi təqdim olunacaq.

Nümayişlərə giriş ənənəvi olaraq sərbəst və qeydiyyatsız olacaq.

# 1311 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış amerikalı ulduz "Exorcist" filmində baş rolda

Tanınmış amerikalı ulduz "Exorcist" filmində baş rolda

17:25 26 noyabr 2025
AzTV-də yeni sənədli film – “Birinci Türkoloji Qurultay”

AzTV-də yeni sənədli film – “Birinci Türkoloji Qurultay”

11:00 26 noyabr 2025
Azərbaycanlı ssenaristin filmi Qazaxıstanda nümayiş olundu

Azərbaycanlı ssenaristin filmi Qazaxıstanda nümayiş olundu

13:24 25 noyabr 2025
Bədheybətə çevrilən qadın - Sevgi insanı necə dəyişdirir?

Bədheybətə çevrilən qadın - Sevgi insanı necə dəyişdirir?

17:20 24 noyabr 2025
Məşhur rejissor niyə İslamdan imtina etdi? - Qalmaqallar, duellər və yumruq davası

Məşhur rejissor niyə İslamdan imtina etdi? - Qalmaqallar, duellər və yumruq davası

13:50 24 noyabr 2025
Rasim Ocaqov Moskvanın qəbul etmədiyi hansı filmi yenidən çəkmişdi?

Rasim Ocaqov Moskvanın qəbul etmədiyi hansı filmi yenidən çəkmişdi?

13:10 22 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər