Salvador Dali və Uolt Disneyin birgə hazırladığı cizgi filmi - Video

Salvador Dali və Uolt Disneyin birgə hazırladığı cizgi filmi - Video
2 yanvar 2020
# 18:03

Çoxları Salvador Dali və Uolt Disneyi bir-birinə bağlayan ümumi nəyinsə olduğunu bilmir. Amma onlar nəinki bir-birini tanıyıb, həm də görüşüb, dostlaşıb və əməkdaşlıq ediblər.

İkinci dünya müharibəsi zamanı Dali arvadından və Avropada axıdılan qanlardan baş götürüb Amerikaya qaçır. Uolt Disneylə burada görüşür və elə ilk görüşdən onlar birgə iş haqqında danışmağa başlayırlar.

“Destino” animasiya filminin təməli belə qoyulur. “Destina” ispancadan və italyancadan tərcümədə Tale “deməkdir. Salvador Dali kadrları rəssam Con Xençlə birgə işləyir. Rəssam işi 8 ay davam edir.

Lakin müharibə və maliyyə məsələləri üzündən işi başa çatdırmaq mümkün olmur. Disney layihəni bağlamalı, qeyri müəyyən vaxtadək təxirə salmalı olur. Yalnız 1998-ci ildə Disneyin qardaşı oğlu Edvard unudulmuş layihəyə həyat vermək qərarına gəlir. Bunun üçün Parisdə Disneyin kiçik bir filialını açmaq qərarına gəlirlər. Fransız multiplikator Dominik Fereri rejissor kimi layihəyə cəlb olunur. İş elə asan deyildi. Xençin özündən kömək istəyirlər, bundan başqa Dalinin həyat yoldaşı Qalanın gündəliklərinə müraciət edirlər və 25 nəfərdən ibarət animator qrupu Dalinin şifrələdiyi rəsmləri açmağa, Dali və Xençin birgə işini həyata keçirməyə nail olurlar.

Kompüter qrafikasının köməyi ilə orijinal 18 saniyəlik material da daxil olmaqla 6 dəqiqəlik Disney üçün ənənəvi sevgi əhvalatı sürreal bir novellaya çevrilir. 2003-cü ildə hazır olan animasiya 2004-cü ildə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında Oskar mükafatına layiq görülüb.

Kulis.az sözügedən animasiya filmini təqdim edir.

# 3543 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər