Oskar və Qızıl Qlobus mükafatlarında dəyişiklik olundu

Oskar və Qızıl Qlobus mükafatlarında dəyişiklik olundu
30 aprel 2020
# 12:20

Amerika Kino Akademiyasının idarə heyəti epidemiya səbəbiylə iki həftə ertələnən yekun iclasını dünən gecə onlayn həyata keçirib. İclas zamanı Oskar mükafatlarına hansı filmlərin qatıla biləcəyi və kateqoriyalarla bağlı mühüm qərarlarlar alınıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, alınan qərarlardan biri epidemiya səbəbindən bu il kinoteatrlarda nümayiş olunmayan filmlərin Oskar yarışına daxil olunmasına izn verilməsidir. Akademiya tərəfindən alınan bu keçici qərar çərçivəsində, birbaşa rəqəmsal platformalarda yayımlanan filmlər də Oskar uğrunda yarışa biləcək. Amma hər şey normal vəziyyətinə qayıdandan sonra rəqəmsal platformalarda yayımlanan filmlərin sonradan kinoteatrlarda nümayişinə gərək qalmayacaq.

Akademiyanın iclasında alınan digər qərarlar arasında, artıq Ən yaxşı səs effekti, Ən yaxşı səs miksajı kimi kateqoriyaların olmayacağı da yer alıb. Bu iki kateqoriya birləşdiriləcək və mükafatlandırma mərasimində verilən mükafatların sayı 23-ə enəcək.

Həyata keçirilən dəyişikliklərdən biri isə Ən yaxşı beynəlxalq film kateqoriyasında ilk mərhələdəki səsvermə bütün Akademiya üzvlərinə açıq elan olundu. Ancaq üzvlərin bu kateqoriyada namizədlər təyin olunarkən səs verə bilməsi üçün bəlli sayda film izləmiş olması lazım olacaq.

Ən yaxşı film musiqisinin dəyərləndirilməsi üçün musiqinin ən az 60 faizinin, davam filmlərində və serial şəkilində olan ekran işlərində isə musiqinin 80 faizinin xüsusi olması lazımdır.

Digər tərəfdən Qızıl Kürə mükafatı verən Hollivud Xarici Mediya Birliyi(HFPA) də dünən bənzər qərarlar qəbul edib. Filmlərin dəyərləndirilə bilməsi üçün Los-Ancelesdəki bir salonda HFPA üzvlərinə ayrıca nümayiş təşkil olunması məcburiyyəti aradan qaldırılıb. Bunun əvəzinə HFPA üzvlərinə filmlərin linkləri və ya disklərinin göndərilməsi yetərli olacaq. Bundan başqa verilən bir qərara görə isə martın 15-dən sonra nümayişi planlaşdırılan bütün filmlər, nümayiş olunub- olunmamasına baxmayaraq dəyərləndiriləcək.

# 3223 dəfə oxunub

Oxşar xəbərlər

"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

16:45 10 oktyabr 2026
"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər