Ramiz Əzizbəyli: “Qadın əxlaqsızlığı barədə film çəkmərəm” - MÜSAHİBƏ
10 may 2011
15:07
Ramiz Əzizbəylinin xüsusi təqdimata ehtiyacı yoxdur.
Adı və soyadı kifayət edir ki, cizgi filmlərindən, kino dublyajlardan səsi qulaqlarımızda səslənsin, çəkildiyi və çəkdiyi filmlər gözlərimiz önündə canlansın. Bu da həmin Ramiz Əzizbəylinin Kulis.az-a müsahibəsi.
Saqqal əhvalatı
- Saqqal saxlayırsınız, Sovet dövrü olsaydı Lenin obrazına ən birinci namizəd olardınız?
- Saqqalda ona daha çox bənzəyirəm. Saqqalı filmə görə saxlamışam. Məni kinoya aparıb təhvil edən Oqtay Mirqasımov olub. İndi hal-hazırda onun çəkdiyi “Qisas almadan ölmə” filmində baş rolda çəkilirəm. Saqqalı da ona görə saxlamışam. Dövlət televiziyasında Ramiz Həsənoğlunun “Müraviyyə vəkilləri” film tamaşasında baş rola çəkilirəm. Mirzə Fətəli barədə çəkdiyi “Sübhün səfiri”ndə də Hacı Qara roluna da məni çəkir, ona görə saqqalı hələ təraş etmirəm. İndiki rollarımın hamısı üçün təbii saqqal lazımdır.
“Kinoşnik”
- 1991-ci ildə kinostudiya darmadağın oldu, film də çəkilmirdi. İki rejissor çiyinlərini verdi Azərbaycan kinosunun altına, biri Rasim Ocaqov, o biri də Ramiz Əzizbəyli. Sponsor tapdıq, film çəkdik, işçiləri qaytardıq iş yerlərinə. Bunu deməklə heç bir iddiam yoxdur, sadəcə “kinoşnik”əm, sevirəm kinonu. Mən kinostudiyada nökərçilikdən başlamışam. Ştatda yer yox idi, Adil İsgəndərov mənə dedi buralarda ol.
- Deyəsən, uşaq vaxtlarınızdan televiziyada işə başlamısınız?
- 9 yaşımdan televiziyanın “Yasəmən” uşaq redaksiyasında işləmişəm. İndiki tanınmış aktyorların əksəriyyəti o vaxt mənə baxıb həvəslənib teatra, kinoya gəliblər. Həsənağa Turabov kimi böyük aktyor deyirdi ki, mən xalq teatrına gedirdim, amma aktyor olmaq fikrim yox idi, Ramizə baxıb həvəsləndim. Mən kinonun hambalıyam, nökəriyəm, bir dəfə üzüm ondan dönməyib. 91-ci ildən bu yana 20 il keçib, ilə bir iki film çəkilib, onlardan hansı “Bəxt üzüyü” ilə çəki-tərəziyə qoyula bilər? Amma Ramiz Əzizbəyli üçün heç nə eləyən olmayıb.
- Şikayətlənirsiniz, deyəsən pedaqoji fəaliyyətdən aldığınız məvacib dolanışığınıza çatmır?
- Əlbəttə çatmır, amma şikayət etmirəm, yetirən Allahdır. İki qızım, bir nəvəm, yoldaşım, ailədə təkcə mən məvacib alıram. Qızım da işləyir, amma çox az məvacib alır. Bu gün kim Azərbaycan mənəviyyatına, mədəniyyətinə ziyan vurmaqla məşğuldursa pulu da ona verirlər. Yenə şikayətlənmirəm, mənim üçün də nələrsə edilib, şikayətlənməyə haqqım yoxdur.
- Elə isə, mətləbdən yayınmayaq, kinoya gəlişinizdən danışırdıq...
- Bütün dram dərnəklərinə gedirdim. Kinostudiyada “Mən rəqs edəcəyəm” filmində Mahmud Esenbayevin uşaqlığına çəkilmək üçün məni çağırdılar. Getdim, sınaqdan da keçdim, yay aylarında mən “Artek” pioner düşərgəsində olmuşam, filmin çəkilişləri başlayıb. Filmə dostum İbrahim Əliyevi çəkiblər. Filmin rejissoru rəhmətlik Tofiq Tağızadə mənə əsəbləşmişdi, dedi sənin üçün ssenariyə obraz əlavə edəcəm. Qaraçı oğlan obrazını düzüb-qoşub məni çəkdi. Ondan iki il əvvəl artıq kinostudiyanın dublyajında işə başlamışdım. Bütün uşaq rollarını yazdırırdım.
Qıvrımsaçlıları kinoya çəkmirdilər
Dublyajda mənim qədər ikinci səsi yazılan aktyor yoxdur. Bəlkə Əminə Yusifqızı bir az məndən çox yazmış olar. Mən İran kinosunu dublyaj eləmişdim, çağırıb mənə səs ustası diplomu təqdim etdilər.
- Amma filmə az çəkilmisiniz
- Yox, irili-xırdalı 40-a yaxın filmə çəkilmişəm. Ona görə sizə elə gəlir ki, ömrü boyu baş rola çəkilməyi sevməmişəm. Sovet kino ənənəsinə görə qıvrımsaçları baş rola heç çəkmirdilər. Gərək telin düz olaydı ki, baş rola çəkilə biləydin. Fikir verin, o dövr filmlərimizdə eyni sifətlərdir, yaxud bənzərlərdir. Bizdə o sima olmayanda başqa ölkələrdən gətirirdilər. Bütün dünya fakturalarda müxtəliflik axtarırdı, sovet isə yalnız girdəsifət, düz saç... Fərqli bir sima, istedad olan kimi çəkib aparırdılar Moskvaya ki, afişalarda Azərbaycan kəlməsi yazılmasın. Məsələn, Müslüm Maqomayev kimi. Moskvada ad qazanmış hansı şəxsiyyətin tarixçəsinə baxırsan görürsən ki, Azərbaycandan gəlmədir, yaxud da başqa ölkələrdən. İndinin özündə də bəzi rejissorlarımız Azərbaycan xarakterini filmlərində gicbəsər kimi verir ki, gedib oralarda mükafat qazansın, onların xoşuna gəlsin.
Təcili yardım
- Necə oldu rejissorluğa keçdiniz?
- Kinoda o qədər bişmişəm ki, bir də gördüm rejissorların əksəriyyəti film çəkməkdə məndən məsləhət alır, faydalanır. Düşündüm ki, bir halda hamıya məsləhət verə bilirəm, niyə özüm film çəkməyim?
Halal xoşları olsun, kinostudiyada adımı “təcili yardım” qoymuşdular, kimin işi hardan axsayırdısa məni çağırırdılar. Belə oldu mən də başladım rejissorluğa.
- İlk filminiz oldu “Pirverdinin xoruzu”
- Hə, çəkilib başa çatan kimi də Kiyevdə mükafat aldı. O günlərdə qardaşım rəhmətə getmişdi, özüm festivala gedə bilməmişdim. Bir də gördüm Vaqif Mustafayev sevincək gəldi ki, kino tarixində belə şey olmayıb, sənin filminə münsiflər iki dəfə baxdılar. Eyni şey ikinci dəfə Berlində təkrar olundu. Almaniyaya özüm fəxri qonaq kimi dəvət olunmuşdum. Dedilər ki, səsi ekrandan götürün Çarli Çaplin filmləri kimi səssiz baxdılar. Həmin festivalda mənə bir milyon dollar təklif etdilər ki, onlar üçün bir film çəkim. Ayaz Salayev Allah şahididir, çünki dili bildiyindən danışıqları da onunla aparırdılar. Prodüser ona dedi ki, bir milyon dollar verirəm mənim üçün Azərbaycan qadınının əxlaqsızlığı barədə film çəksin. Əsəbi vəziyyətdə, ona bir yağlı söyüş də eşitdirib imtina etdim.
İkinci filmim “Bəxt üzüyü” oldu. O da geniş tamaşaçı nominasiyasında öz ölkəmizdə birinci yeri tutdu. Film “korzinka” üçün çəkilmir ki, tamaşaçı üçün çəkilir də. Üçüncü filmim 14 ildən sonra “Yalan” filmi idi. O da müxtəlif fikirlər yaradan film oldu. Hər halda, Qarabağ haqda çəkilən filmlərin ən normalıdır. Gələn il daha bir film çəkmək plandadır, hələ o barədə danışmayacağam.
Kino bazarına çıxmağın yolu
- Çəkilir, amma yayılmır, bunun yolunu “kinoşnik” kimi nədə görürsünüz?
- Mən professor deyiləm, heç indi dərs dediyim ali məktəbi də bitirməmişəm. Neçə il məni qapıdan qaytarıblar, sənət imtahanından kəsiblər. Axırda mədəni-maarif fakültəsini qiyabi bitirmişəm. Bu faktdır ki, bu gün film çəkən də mənimlə məsləhətləşir, dərs demək istəyən də. Çünki kinoda bişmişəm. Kino dövlət sektorundan savayı, həm də sərbəst sektor olmalıdır, sərbəstlik, azadlıq üçün. Bütün dünyada belədir. Nə qədər ki, imkanlı kişilər kino sektoru açmayıb, kino şəxsi əllərdə deyil Azərbaycan dünya kino bazarına çıxa bilməyəcək. Sirrin biri budur.
Başqa sirlər də çoxdur. Məsələn, əgər aktyor oynadığı obrazda ağlamağı ilə tamaşaçını ağlada bilmirsə, o sənət əsəri deyil və o aktyor da aktyor deyil. “Qliserin”lə tökülən göz yaşı göz yaşı effekti doğurmaz. Deməli, qəlbdən gəlmir, qəlpdən gəlir o ifa. Bizim aktyorlar özləri özlərinə heykəl ucaldıb otururlar. Hər bir aktyor hər bir rolu oynamazdan öncə ibtidai vəziyyətə, sıfıra düşməlidir, əriməlidir ki, yenidən oynayacağı obrazla yoğrulsun, rejissor onu yoğurub yapsın.
Bu alınmırsa, obraz və nəticədə də film alınmayacaq. Necə ki, rəhmətlik Hacıbaba Bağırov nə oynayırdısa, Sonqulu alınırdı, bizim bütün aktyorlar da o vəziyyətdədir. Mən İncəsənət və Mədəniyyət Universitetində dərs deyirəm, bəzi müəllimlər tələbələrə əvvəlcədən deyirlər ki, sən yaxşı aktyor olacaqsan, artıq dörd ili tələbə o iddia ilə yaşayır və aktyor ola bilmir. Mən tələbəmə bu sözü çox xəsisliklə deyirəm, özü də son kursda.
- Kitabınız çap olunub, “Cızmaqaralar”. Kitab yazmaq hansı tələbatdan yarandı?
- Dinc otura bilmirəm, illərlə qələmə aldıqlarımdı sonda bir kitabda topladım
Ramilə Qurbanlı

1754 dəfə oxunub
Oxşar xəbərlər
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?
09:00
21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü
16:24
20 noyabr 2024