Kulis.Az Kənan Hacının “Mən də öləcəyəm qaraciyərdən” adlı yeni şeirini təqdim edir.
Anar Həbiboğlunun ruhuna
Bizim ciyərimiz çürüdü getdi,
- Gecəyarısı qəbiristanlıqda “razborka”
- “Dostum dedi ki, məni güllələ!”- MÜSAHİBƏ
- “Qoyun ovu”na çıxmış Murakami
sağ çıxa bilmədik bu laqeydlikdən.
Məni qabaqlayıb səssizcə getdin,
“mən də öləcəyəm qaraciyərdən”.
“Qoruya bilmədik” söyləyəcəklər,
sonra birdəfəlik unudacaqlar.
Kiminsə ciyəri şişəcək yenə,
Qaraciyəriylə oynayacaqlar.
Mənim ölməyimi gözləyən dostlar,
çox çəkməz, sizi də sevindirərəm.
Kitab anbarında yatmaram daha,
Təptəzə bir torpaq evə köçərəm...
22 may, 2016