Övladlarını öldürən valideynlər - İlkin Öz

Övladlarını öldürən valideynlər - İlkin Öz
11 iyul 2023
# 12:15

Kulis.az İlkin Özün “Qara həyat və ağ ölüm” yazısını təqdim edir.

“Bariqa, mal satanlar

Getsin öz evinə satsın.

Atası da kulivatdasın.

Anası da kuivatdasın”.

Rəşad Dağlı

Hazırda gənclər arasında zərəli vərdişlər, xüsusilə narkotik maddələrdən (kakos, patı, heroin və.s) istifadə, təəssüflər olsun, rekord səviyyəyə çatıb.

Ayaqüstə qurumuş adamlar, gömgöy qollar, iynə izləri... şpirisli küçələr… - gəncləri cənginə almış narkomaniya bəlası... Statistikaya əsasən, dünyada 28 milyon insan narkotik aslılığından əziyyət çəkir. Ölkəmizdə isə bu say 35 min nəfərdir.

İkinci kursda oxuyurdum. Universitetin qarşısında bir tanışla rastlaşdım. Ordan-burdan - ayaqüstə söhbətləşdik, nəsə söhbət uzandı, çayxanaya getdik.

Dərsdən-zaddan danışdıq, sualıma cavab verməmiş, “Dərsin başını burax e, cavanlığını yaşa. Vallah, adama nə qalır yeyib-içməkdən, gəzməkdən qalır” – oğrun-oğrun sağa-sola boylanıb pıçıldadı: Bax, məndə qəşəng bir şey var. Bundan çəkirsən, sonra kayfdıda. Uçur adam. İstəyirsən, qardaşın sənin üçün də təşkil eləsin?

Əlbəttə, söhbətin nədən getdiyini başa düşdüm, onun təklifini rədd etdim və bir daha onunla görüşmədim. Sonralar öyrəndim ki, narkotik alverilə məşğul olurmuş. Narkotik vasitələri tora saldğı tələbələrə əvvəlcə havayı verir, onları alışdırır, sonra isə baha qiymətə satırmış.

Çox keçmədi, onu həbs etdilər.

Belə parazitlərin hesabına ölkədə minlərlə gənc narokitikin qurbanı olur, nəticədə, öz həyatlarını puç edirlər.

Bəs “Ağ ölüm”ün qarşısını necə almaq olar? Gəncləri belə zərəli vərdişlərə cəlb edən, şirnikləndirən hansı səbəblər var?

Onların ətraf-mühitdən, dünyadan təcrid olunması, boşluğa düşməsi, bikarçılıq, deppresiyaya, patoloji pozuntu halları… Tutalım ki, bir nəfər yeniyetmə ailədaxilində, məişətdə, şəxsi münasibətlərdə baş verən problemlərdən yorulur, bezir və yaxud sevgilisindən ayrılır, özünə qapanır, onun üçün maraqlı məşğuliyyət sahəsi də yoxdur ki, başını qatsın. Onda hansısa vasitələrlə özünü ovutmağa çalışır. Bundan əlavə, valideyn nəzarətsizliyi, özbaşınalıq, valideyn və uşaq arasındakı ünsiyyət problemləri, gənclərdə psixoloji narahatlıqların yaranması, emosional tarazlığın pozulması, xarici təsirlər də narkomaniyaynın başlıca səbəblərindəndir. Belə izah edək, uşaq evdəki nəzarətsizliyə arxayın olur, avaralara qoşulur. “Bir dəfədən heç nə olmaz”, – deyib, – tədricən onlardan birinə çevrilir. Yavaş-yavaş aludə olduqdan sonra isə onun üçün dəyərli, mənəvi əhəmiyyəti olan heç nə qalmır. Hətta anası, atası, bacısı, qardaşı belə onu maraqlandırmır. Belələrinin bir tanrısı olur, o da NARKOTİK! Hərdən elə də olur ki, hansısa valideyn övladını ərköyün böyüdür, əzizləyir, bir dediyini iki etmir, uşaq on manat istəyəndə, o, əlli manat verir. Beləcə uşaqda harınlıq, qudurğanlıq yaranır.

Narkoman pul tapmayanda əlinə keçəni satır, satmağa bir şey tapılmayanda isə oğurluğa, quldurluğa, cinayətə, hətta fahişəliyə – bir sözlə, ən iyrənc yollara əl atır. Mənim fikrimcə, azərbaycanlı gəncləri narkomaniyaya cəlb edən əsas nüanslardan biri də bayağı meyxanalar və narkomaniyanı təbliğ edən düşük mahnılardır. “Aparır, kayf aparır”, “Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı”, “Çək nəşəni tüstüsü dağlarə yayılsın”, “Bomba kayfda” – kimi mənasız, səviyyəsiz, səydəş mahnı, meyxana və replər gəncləri, əlbəttə, zəhərləyir. Gənclər istər-istəməz bu kimi yersiz təbliğatların təsirinə düşür, özlərini hansısa narkoman müğənniyə, meyxanaçıya və ya reperə bənzətməyə çalışır, onları özlərinə ideal seçirlər. Zənnimcə, bu gün dövrümüzün ən aktual problemi olan narkomaniyanın gənclər arasında artmasının qarşısını almaq üçün əsaslı mübarizə aparılmalıdır. Bununla bağlı hər birimizin qarşısında duran əsas vəzifələr var.

Gənclərin vaxtlarını səmərəli keçirmələri üçün şərait yartmaq, idmana, yaradıcı işlərə, faydalı ekskursiyalara yönəltmək, çətin anlarda onlara dəstək olmaq, onlarla dost olmaq, valdeyn nəzarəti…

Formasının, dadının, qoxusunun fərqi yoxdur, - narkotik vasitələrdən istifadənin sonu ölümdür!

# 1725 dəfə oxunub

Müəllifin son yazıları

# # #