Kulis.az “Sözün güneyi” layihəsindən təbrizli şair Yalçın Türkayın şeirlərini təqdim edir.
Popkorn yeyən ənqa quşları
Popkorn kimi yemişlər buludları
Göyləri silməmişdən
Göylərdən silinməmişdən
Və...
Göylərdən silinilməmişdən
Ənqa quşları
- Və dağlardan səda gəldi: "Mən səni sevirəm!"
- Fidan Qafarov vəfat edib
- AKİ gənc rejissorlar üçün sənədli film təlimləri təşkil edir
Muzikal yaşam
Piano klaviyələri üstündə -
Yerimək kimi bir şeydir həyat!
Hər addım atanda
Pərdə dəyişir -
Hava dönür
Və...
Həyat yeni bir ritmə düşür.
***
Sezmək zorunda
olmamağımız üzrə
Düşünməyin -
“Başağrısına dəyməzdirliyini”
Başa düşüb-düşərkən
Gündən həyatın
Ənənəvi gedişatına qoşulduq!
İşsiz ikən düşünmək,
“Elə betər bir iş deyildiri”
İliyimizlə mənimsədiyimiz üzdən
Prosesə keçirə biləcəyimiz açıdan
Fəlsəfəni fantastikdir düşünüb;
Səhər-səhər
İşə getməyə yola düşdük.
Uğur qazanacağımıza inanaraq
Alışaraq-yanaraq
Bir də -
Yalnızlığımız ucbatından
Yanmağımızı anaraq
Səhər-səhər yola düşdük...
Səhər-səhər yürüşdük
...işsiz ikən düşünmək
“Elə betər bir işdə deyildiri”
Düşünərək yürüşdük.
Tənimizin ağrımasını
Başımızın ağrımamasına
Tərcih bilərəkdən
Bilərəkdən
Əkdən
Dən.
Stokastik
Bəlkə də
Çox sadəcə bir -qız uşağı-
Qulaqlarına headphone taxaraq
Səksəkəylə-
Geyib oynayır da indimizi!
Yaxud bəlkə də indi
Hansısa bir sabahda
Daşüstə cızılacaq
Şəkil fikriyik kimi
Prosesə keçiririk -
Varılmaqçün
Cızılmaqçün
Xeyli sonralar üçün
Neandertal birisinin
Gözlərində -
Barmaqlarında...
***
Bir neçə gün
əynimizə geyinib də bu adamı
Yaşamağı həbs çəkirik
Saatları saya-saya
Biz bu adam
Deyilik ki,
Göyün üzü yerimizdir.
Adımızı oxusalar
Soyunaraq bu adamı
Azadlığa çatacağıq,
Azadlığı dadacağıq...