Qəhvə falı
15 avqust 2011
14:00
çoğunluğun gittiği kimi yerlere de ben gitmedim 21'den beri
camiye kiliseye tapınağa havraya büyücüye
ama kahve falına baktırdığım oldu
Nazım Hikmet
Dörd gündür izmirdəyik. Dünyada ən çox sevdiyim iki eynəkli adamdan biri – bir il öncə mübarək məşhəd ziyarətinə gedib, «məşədixanım» ünvanı qazanmış məşhуr kinoşünasımız Aygün Aslanlı ilə. Dörd günün üstünə iki gün də avtobusla gəldiyimiz yolu gələk – bir həftədir ki, hərf də yazmıram. Kompüteri açanda barmaqlarımın klaviaturaya yatmadığını hiss elədim....Ege gözəli İzmir ağlımı başımdan belə alıb.
Əslində, Türkiyə təəssüratlarını Bakıya qayıdandan sonra, səliqə-səhmanla, ardıcılıqla yazacaqdım. İzmirdə oturub, anonslar verməyimin səbəbi isə bir az da unudulmaq qorxusudur. Burda hər şey iyi-güzəl də, Bakıda unudlmayalım....
İzmirə çatan gündən buranın solçularına başımız qarışıb. Zatən İzmirdə solçu olmayan azdı. Müqəddəs Ramazan günü bütün Türkiyə gündüzləri oruc tutduğu halda, burada gün uzunu restoranlar, kafe-barlar insan qaynayır. Türk İşçi Partisinin ilçə başqanı Ahmet Beydilli işini-gücünü buraxıb, bizi az qala bütün İzmirdə gəzdirib. Nə qədər tarixi yer var, nə qədər xarabalıq, nə qədər tikili qalıqları – hamısını görmüşük. Bizans ayaqlarımızın altındadır. Ahmet bəyin oğlunun işlədiyi otel bizim oteldən bir küçə o yandadır. Atasının boş buraxdığı vaxtlarda da oğlu və qızı maraqlanır, türk gəncliyinin çox olduğu, gəzdiyi, əyləndiyi yerləri göstərir, türklərə xas yeməklərlə tanış eləyir.
İzmirdə yaşayan azərbaycanlı hüqüqşünas Zaur Kərimi də işindən-gücündən eləmişik. O da hər gün bizimlə maraqlanır, şəhəri gəzdirir, dostları ilə tanış eləyir, buradakı on beş illik həyatından danışır, türklərin, izmirlilərin özəlliklərindən xəbardar eləyir bizi. Gördüyünüz kimi, İzmirdəki həyatımız dopdolu keçir. Darıxmağa və oteldə oturmağa isə vaxtımız da yoxdur.
Mən artıq bir dəfə Izmirdə olduğumdan, özümü buralı sayıram. Odur ki, əsas zövqüm, marağım, həvəsim dəyərli kinoşünasımızın reaksiyalarını izləməkdir. Onun tarixi yerlərə, şəhər camahatının xüsusiyyətlərinə, mətbəxə, mədəniyyətə münasibətinin necə olacağını düşünürəm, özündən soruşuram, maraqlanıram. Hər təzə tanış olduğumuz adam, hər yeni gördüyümüz yer barədə münasibətini öyrənirəm. Və açığı, elə də böyük entuziazmla, həvəslə rastlaşmıram. Hətta arada mənə elə gəlir ki, Aygün İzmirə gəlməyindən peşmandır. Və anadangəlmə günah kompleksim baş qaldırır.
Amma dünən axır ki, axır ki, Aygün xanım bir şeyə bərk maraq göstərdi və bu gün ora getməyimizi təkidlə və az qala yalvarışla bütün tanışlarımızdan xahiş elədi. Sən demə, Məşədixanımın
Türkiyədə, İzmirdə getmək, görmək istədiyi tək şey qəhvə falı imiş. Təzə tanış olduğumuz qız – Zaur Kərimin dostu, mühəndis xanım Aslı Karagül (soyada baxın, adamı şillə kimi tutur eeee!) yaxınlıqda bir küçədə möhtəşəm qəhvə falına baxdıqlarını deyəndə Aygünün gözləri parladı, üzünə işıq gəldi, əllərini əllərinə sürtüb, Aslı və sonra gördüyü hər kəsdən onu qəhvə falına aparmalarını istədi.
İzmir səfərindən ilk anons – Türkiyədə səfərdə olan iki eşşək boyda yazar, kinoşünas, teatrşünas bu gün qəhvə falına baxdırmağa gedəcəyik.
Bu da bizim mədəniyyət adamlarının aqibəti....
Növbəti yazılarda görüşənə qədər
Türkiyə, İzmir 15 avqust, 2011

4211 dəfə oxunub