“Mahmud və Məryəm”ə Türkiyədən gələn tənqidlər...

 “Mahmud və Məryəm”ə Türkiyədən gələn tənqidlər...
2 oktyabr 2013
# 15:41

Kulis.Az Xalq Yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş "Mahmud və Məryəm" filmi haqda Banu Bozdemirin Türkiyədə yayımlanmış yazısını təqdim edir.

Azərbaycan – Türkiyə birliyi kino sahəsinə də öz töhfəsini verdi. Hər iki ölkənin Mədəniyyət Nazirlikləri tərəfindən dəstəklənən “Mahmud və Məryəm” filmi azərbaycanlı yazıçı Elçin Əfəndiyevin (red - Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın Xalq Yazıçısı) eyni adlı romanı əsasında çəkilib. Filmin arxa planında XVI əsrə xas olaraq müharibə getdiyi bir vaxtda əsas hadisələr cərəyan etməyə başlayır. Ziyad xanın oğlu Mahmud çox çətinliklə, cadu hesabına doğulur. Eyni zamanda keşişin Məryəm adlı qızı anadan olur. Filmdə deyildiyi kimi “Leyli və Məcnun” sevgisinə bənzədilən hekayənin texniki tərəfi sürətli olsa da, çox təəssüf ki, filmin süjeti haqda bu sözləri demək olmur!

Məryəmin nağıllar aləmini xatırladan çiçəkləri iyləməsi indiki dövrdə becərilən çiçəklərdir. Bunu dekorasiya və geyim mövzusunda diqqətli olmağa çalışan yaradıcı heyətə yaraşdırmadığım üçün bəri-başdan qeyd etdim. Bununla bərabər o dövrün şəraitində hansı çiçəyin olmasını da təbii ki, mən bilmirəm.

Bir də Camal Hünalın pariki haqda bir neçə qeyd...

Bəli, filmdə tarixi şəxsiyyətləri saçları uzun və at belində görə bilməsək vəziyyət o qədər xoş olmaz. Ziyad xanın qardaşını canlandıran Hünalın pariki da qeyri-təbii təsir bağışlayır. O cümlədən Hünal heç at belinə də minmədi. Bu isə onu deməyə əsas verir ki, Camal Hünal çox güman dost xətrinə belə kiçik rola çəkilməyə razılıq verib.

Filmdə hamının bir-biriylə ədavəti var. Gizli çəkişmələr şəxsi müstəvidə olduğu kimi dövlətin əhalisini də bürüyüb. Ziyad xanın bəyliyində Osmanlı imperiyasının da gözü var, amma xanlıq hər vəchlə müstəqilliyini qorumağa çalışır. Onsuz da bir müddət sonra filmdə Osmanlının və başqa digər xanlıqların söhbəti qırılır, hekayə tamamilə bir sevgi macərasına çevrilir.


Xristian qızla müsəlman bir oğlanın sevgisinə “qiyamət əlaməti” kimi baxan xristianlar, yəni keşiş ata Məryəmin Mahmuda qovuşmaması üçün onu qaçırır. Oğlan uşağına sahib olan müsəlmanlar isə rahatdırlar və Mahmudun ilk sevgi təcrübəsinə yaşanması vacib olan bir vaxt kimi yanaşırlar.

Mahmud bu arada vuruşmağı xoşlayan ögey qardaşının əksinə olaraq təbiəti, sənəti və kitab oxumağı sevən bir gəncdir. Onun sənətlə zəngin yumşaq xarakteri filmdə zaman-zaman Şaman adətlərinin araya girməsinə zəmin yaradır. Qısır qadın da çox şamanik bir xarakterdir. Ancaq onun da yaxşı və pis cəhətləri zaman-zaman bir-birinə qarışır. Bu da filmin fantastik miqyasını artırır, yəni bu mənada Leyli və Məcnundan fərqlənir və daha nağılvari bir məna qazanır.

Ortada bir qovuşa bilməmək yanğısı var. Amma bu ayrılığın təsirlərini Mahmud və Məryəmin üzərində daha qabarıq formada göründüyünü düşünmürəm. Yazıçı bu səhnəni kiçik detallarla təqdim etməyə üstünlük verib. Məsələn, Məryəmi atasına bağlayan bir ətir, Mahmudu isə yoldan çıxarmağa çalışan bir qadın var. Yalnız film heç bir maneə onların qovuşmasına əngəl ola bilməz məqamında gedir və sonda bədənləri sevgidən yanır!

Film əsasən qaçmaq, axtarmaq, qovalamaq məcrasında bir yol hekayəsini xatırladır. Müasir dövr üçün geridə qalmış bir sevgidir. Amma yenə də ya hekayənin tam açılmamasına görə süjet tıxanır və yaxud da vizuallıq daha çox ön plana çıxdığından mövzu geridə qalır və filmi rahatca izləmək olmur.

Azərbaycanlı və türkiyəli aktyorlardan ibarət heyət nisbətən yaxşıdır. Serial rejissorluğundan tanıdığımız Mehmet Ada Öztekin filmdə ilk işinə imza atıb. Fərqli bir ssenari olarsa onun özünü təsdiq edəcəyini düşünürəm.

Beyazperde.com

# 4595 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #