Kulis.Az Esmira Məhiqızının yeni şeirini təqdim edir.
dünya səni demədisə...
amma sən deyəndi, şair.
sevgilinin üç-beş teli
sənsiz dən döyəndi, şair.
ölüm də sirr, qalım da sirr,
kim gecikir, kim tələsir,
barmaqlarım yaman əsir...
gözüm nəm döyəndi, şair.
nə əyandır, nə bəyandır,
ağrı çayır, qəm çayandır,
qəbrində bir şeir yandır,
görüm...mən deyəndi, şair.
hər ağın bir qarası var,
orası var, burası var,
sonranın da sonrası var...
sonra...kim deyəndi, şair.