Tokarçuk heç, Handke Nobelə layiqdir

Tokarçuk heç, Handke Nobelə layiqdir
11 oktyabr 2019
# 10:00

Builki Nobel ədəbiyyat mükafatlarını alanlar maraqlı insanlardır. İkisi də sabiq Avstriya-Macarıstan imperiyasından olan slavyanlar, ikisi də solçu. Doğrudur, fərqli cinahlardan olan solçular.

Polyak şair Olqa Tokarçuk "Nataşa Borodina" təxəllüsü ilə yazır.

O, Qərbi Ukraynadan mühacirət etmiş qalisiyalıların ailəsində doğulub. Polşada da sol-liberallar olan "yaşıllar"ın liderlərindən biridir. Feministdir.

Belə də, şairlik edir özü üçün. Onun şeirlərini yadda qalası, unudulmaz əsərlər hesab etmirəm.

77 yaşlı qoca Peter Handke isə divdir. Anası slovendir. Atasını tanımır. Slavyan-avstriyalı, fəqət katolik ruhda tərbiyə olunub. Burjua yaşamının davamlı, qəmli tənqidçisidir.

Onun "11 metrlik zərbə qarşısında qapıçının qorxusu" romanı pis deyil. Vim Venders bu əsər əsasında 1971-ci ildə film də çəkmişdi.

Handkeni məşhurlaşdıran Serbiyanı müdafiə etməsi və bu səbəbdən Avropanın ziyalı mühitində düşmən seçilməsidir. O, amerikalılar Serbiyanı bombalayanda səsini ucaltmışdı. Haaqa məhkəməsindəki Miloşeviçi də müdafiə edirdi.

Və ən nəhayət, Kosovoda serb anklavlarının, Velika-Xoça kəndinin müdafiəçisi kimi tanınır.

Handke sol-mühafizəkar xristiandır.

Tokarçuk heç, amma Handke Nobel mükafatına layiqdir.

Elçin Alıoğlu

# 2521 dəfə oxunub

Müəllifin son yazıları

# # #