Aqşin Yeniseyin xəstəliyi sosial medianı silkələdi

Aqşin Yeniseyin xəstəliyi sosial medianı silkələdi
26 may 2014
# 15:19

Şair Aqşin Yeniseyin səhhətinin ciddi şəkildə pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilməsi Facebook sosial şəbəkəsində böyük müzakirəyə səbəb olub.

Kulis.az bunu nəzərə alaraq Aqşin haqqında yazılan statusları təqdim edir.

Qan Turalı: “Aqşinin yaxşı şair olmağını hamı bilir. Amma Aqşin çox yaxşı insandır. Bunu da dostları bilir. Xəstəxana palatası Aqşinə yaraşmır. Ümid edək ki, o tezliklə sağalıb aramıza qayıdacaq və Azərbaycan ədəbiyyatının araq adlanan düşmənini məhv edəcək”.

Şərif Ağayar: “Bütün istedadsızlar Aqşin üzərindən gündəmə gəlirlər... Uşaq buna görə içirdi. Yəqin barışar bu fəlakətlə... Bədənin xəyanəti adamın ağlına gəlmir əslində! Amma edir! Kopoğlunun malı!”

Murad Köhnəqala: “Xəstəxanada doxdur Aqşinə iki cür dərman verir. Biri qırmızı, şirin, biri isə sarı, turşməzə. “Zakuska”nı xatırlatdığına görə sarı dərman şairin daha çox xoşuna gəlir. Dərman qəbulu vaxtı gələndə şair doxdura belə deyir:

- Doxdur, gə bir nərd ataq, oyunu aparsam qırmızı dərmandan, mars eləsəm sarı dərmandan ver gəlsin...”

Cavid İsmayıl: “Neçə gündür bunu yazmağa tərəddüd edirdim - etik səslənməyəcək deyə. Bu gün nəhayət ki, tərəddüdümə son qoydum. Eşidin:

Aqşin Yeniseyi içirdib bu həddə çatdıranlar indi onun üçün mərsiyə deyirlər. Amma belə olmaya da bilərdi. Adam gözünüzün önündə əriyirdi, sizsə onu bu yoldan çəkindirmək əvəzinə, dərman verirmiş kimi araq qonaqlıqlarına dəvət edirdiniz. Aqşinin araq qarşısında zəif olduğunu bilərək. Bu aqibət sizi də gözləyir. Nə qədər gec deyil, tüpürün o zəhrimara...”

Sevda Sultanova: “İndiki durumu Aqşinin könüllü seçimidir. Onun seçiminə hörmət edirəm”.

Sevinc Çılğın: “Biz görmüşük ki, xəstə adama təsəlli verərlər, ruh yüksəkliyi aşılayarlar, ümidinin böyüməsinə çalışarlar. Yanındasansa güldürərlər, nazıyla oynayarlar, ürəyini açarlar. Amma! Allah adamı sizin və medianın dilinə salmasın! Hərə öz niyabədliyini özünə saxlasın.

Bir də ki, guya indiyə qədər içən görməmisiz, ya sarılıq olanınız olmayıb. Bu ilkdir və siz qorxduz e lap. Guya ki, axşam, ya sabah, ya o biri gün gedib oturub dostlarınızla yeyib-içməyəcəksiz. İndi bir az çox olub, o da özü bilər. Heç kəsə zərəri dəyməyib ki?

Kiminsə qapısını döyüb dava eləməyib ki? İçməkçün sizdən pul istəməyib ki? Özü bilər. Adamdı da. Adam xəstələnər de, sağalar da. Allah dərd verib, derman da verib. Allaha inanan dua elesin.


Və əgər doğrudan da şeirsevər, şairsevərsizsə, gedin şairin yazdıqlarını oxuyun, kitabını alın. Vaxtında şairinizə, yazarınıza hörmət edib kitabını alsaydız, dəyər versəydiz, yüksəkdə tutsaydız, indi şairlərinizin xəncərinin o üzü də kəsirdi, bu üzü de. Adamı ümidsizliyə sürükləyən cəmiyyət, insanını qınaq obyektinə çevirməkçün fürsət gözləyən toplum və yazara "necə yazmalı olduğunu" "öyrədən" kütlənin indi yalandan "canfəşanlıq" etməsi əsəbləri tarıma çəkir. Siz gedin şeirinizi oxuyun. Şairi allah yaradıb, allah və dostlarının, əzizlərinin qayğısı xilas edəcək.”

Cəlil Cavanşir: ”Bir vaxt Rafiq Tağının ölümünü toy-bayram edən dindarlar, indi də Aqşin Yeniseyin xəstəliyinə sevinir.

Bəyəm sizin allahınız sizə çarəsiz duruma düşənlərin vəziyyətinə gülməyi, sevinməyi nəsihət edib? Hər halda öz murdar xislətinizi belə anlarda göstərməyin...

Qəribədir. Bu cür qaramat, murdar xislətləri ilə qələm əhlindən tolerantlıq gözləyirlər”.

Günel Mövlud: “Qarğa-quzğun kimi yığışıb insanın ölməyini gözləyirlər. Şux, sağlam vaxtı nifrin qusurlar, zəhərlərini axıdırlar, alçaltmağa çalışırlar. Elə ki, bədbəxtliyini, xəstəliyini, sonunu, uğursuzluğunu gördülər, arzularına çatırlar, bağışlayırlar, rahat olurlar. Ölü, bədbəxt, xəstə olmalısan bunların xoş sözünü eşitmək üçün. Nifrət edirəm sizə, bütün qəlbimlə nifrət edirəm!”

Xalid Kazımlı: “Nə qəddar insanlar var. Qamət Süleymanov adlı birisi Aqşinin xəstələnməsiylə bağlı xəbərə belə bir şərh yazmışdı ki, o, ateistdir, ona görə də onun yaşamasından fayda yoxdur. Sən kimsən, ay adam, Allahın vəkilisənmi?”

İlqar Rəsul: “Çoxları sap-sağlam ikən elə belə də... Amma Aqşin xəstələnəndə də hadisədi...”

# 3667 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #