“Anar müəllim, toy var, qurultayı təxirə sala bilərsiz?” MÜRACİƏT

“Anar müəllim, toy var, qurultayı təxirə sala bilərsiz?” MÜRACİƏT
9 iyun 2014
# 10:51

Kulis.az yazıçı Aslan Quliyevin Azərbaycan Yazıçılar Birliyinin sədri Anara yazdığı açıq məktubu təqdim edir.

AYB-nin sədri Anar Rzayev cənablarına!

Hörmətli sədr! Mən sizə məktub yazdım, ancaq cavab vermədiniz. Düşündüm, Anar mənə məktub yazsa, mən ona cavab verməsəm, o bir də mənə məktub yazarmı? Bir xeyli düşünüb qərara gəldim, yox, yazmaz. Onda özümə söz verdim, daha sizə məktub yazmayacağam.

Söz verdim, amma olmadı. Yazmağa məcbur oldum. Demək belə. Hörmətli sədr, dostum iyunun 17-də oğluna toy eləyir. Məni dəvət elədi, mən ona dedim: Gələ bilmərəm, 17-də Yazıçılar Birliyinin qurultayıdır. Mən ora getməli, qurultayda iştirak eləməli, qırmızı üzlüklü qırmızı kreslolarda oturub məruzələrə qulaq asmalı, feyziyab olmalıyam. Sonra da hansısa restoranda kabab yeyib, araq içib, yenə də feyziyab olmalıyam.

Adam razılaşmadı. Etiraz elədi, həm də çox sərt etiraz elədi. Deyir, biz məhərrəm ayında, məhərrəmçilikdən bir ay əvvəl, qırx gün sonra, səfər ayında, may ayında, ramazan ayında, qurban bayramında, dağda yaşadığımıza görə də payız-qış aylarında toy eləyə bilmərik. Cəmisi üç-beş gün vaxtımız olur, siz də gətirib qurultayınızı bu üç-beş günə soxuşdurursuz. Olmaz qurultayınızı səfər ayında keçirəsiniz? Nə olacaq, səfər ayında keçirsəniz, qonaqlarınızı gətirən təyyarəmi qəzaya uğrayacaq, məruzəçinizinmi səsi batacaq, olmaya bülletenləri qutuya atanda əlləriniz quruyacaq, daha sədrinizi seçə bilməyəcəksiniz? Deyir, yaz sədrinizə, qoy qurultayın vaxtını dəyişsin, sən də gəl, toyda iştirak elə. Sonra da gedib qurultayda iştirak elər, qırmızı kreslolarda oturub, məruzələrə qulaq asar, həzz alarsan.

Bilirəm, deyəcəksiniz, dəyişə bilmərik. Mən başa düşürəm, adam başa düşmür. Ona dedim, dəyişə bilmərik, əsasnamə, nizamnamə imkan vermir. Deyir, əsasnamə, nizamnamə nə olan şeydir? Necə olur, qurultayın vaxtını illərlə dəyişirsiniz, nizamnamə mane olmur, heç cıqqırını da çıxartmır, amma iki-üç gün dəyişəndə etiraz eləyir, mane olur? İyirmi ildi qurultay keçirtmirsiz, dünyamı dağılıb, beş-on gün gec keçirdəndə dağıla?

İş belədir. Mən çıxılmaz durumdayam.

Ona görə də xahiş edirəm, qurultayın vaxtını dəyişdirəsiniz. Neçəsinə salırsınız salın, bircə ayın 17-də olmasın. Yoxsa dostum yazıçı olmasa da zəngin fantaziyası, işin tərsliyindən bir o qədər də zəngin təxəyyülü var, qurultayımız haqda ölçüsüz-biçisiz sözlər işlədir. Bir sözlə hörmətdən salır. Həm də elə salır, şəxsən mənim yanımda qurultay adı tutulanda ətim ürpəşir.

Elə bilirəm bu dəfə ən nəhayət cavab yazacaqsınız.

Xahişimə də əməl eləyəcəyinizə inamla:

Aslan Qulyev, AYB-nin üzvü.

# 4293 dəfə oxunub

Oxşar xəbərlər

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

12:00 3 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

14:15 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
Rəssam olmaq istəyən,  ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı  üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

Rəssam olmaq istəyən, ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

12:00 2 aprel 2026
"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

15:00 1 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər