Kəramət Böyükçöl: “Azərbaycanda heç bir münsifə inanmıram” - QALİBLƏR DANIŞIR

Kəramət Böyükçöl: “Azərbaycanda heç bir münsifə inanmıram” - <span style="color:red;">QALİBLƏR DANIŞIR
30 dekabr 2016
# 16:37

Kulis.Az #bumənimhekayəm müsabiqəsində birinci yerin sahibi Kəramət Böyükçöllə müsahibəni təqdim edir.

- Kəramət, təbrik edirik. Qalib oldun. Təəssüratlarını bölüşərdin.

- Çox sağ ol. Təbii, sevindim. Qalib olmaq məsələsi isə mənim üçün bir qədər fərqlidir. Yazıçıya qələbə yox, uduzmaq yaraşır. Mənim də qələbəm əslində, məğlubiyyət idi. Sadəcə, bu məğlubiyyətin mükafatı mənə sərf edirdi.

- Çoxları sənə irad tuturdu ki, artıq tanınmış imzadır, bu müsabiqədə həvəskarlarla bir arada olmağı düzgün deyil. Nə düşünürsən bu haqda?

- Əvvəla, özümü tanınmış imza hesab etmirəm, sosial şəbəkədə müəyyən dairənin marağını qazanmaq o demək deyil ki, artıq öz qələmini təsdiq etmisən. İkincisi, müsabiqədə elə bir şərt yox idi ki, yalnız həvəskarlar qoşula bilər.

Evə gəldim, gördüm həyat yoldaşım qaranəfəs qabağıma yüyürdü ki, Kulis hekayə müsabiqəsi keçirir, mən də qoşulmaq istəyirəm. Hətta hekayə də yazıb göndərmişdi. Bildim ki, onun yazısı yer tutmayacaq. Ancaq yoldaşımın bu işə həvəslə girişməyi mənə təsir elədi. Onun qəsdinə özüm müsabiqəyə qoşuldum, söz verdim ki, planşeti alıb sənə yeni ilə hədiyyəsi edəcəm.

- Müsabiqənin laykla keçirilməsinə münasibətin necədir?

- Çox yaxşı. Mən Azərbaycanda heç bir münsif heyətinə inanmıram. Çünki şəxsi münasibətlər çox rol oynayır. Birinin nə vaxtsa özünü tənqid etmişəm, birinin dostunu, birinin müdirini... Ona görə də nə qədər yaxşı mətn yazsam da, bilirəm ki, xeyri yoxdur, məni bir yol tapıb uduzduracaqdılar. Ən yaxşısı elə laykdır. Oxucular özü qiymət verir, dəyərləndirir...

- “Qəpik” hekayən birinci yer olmasaydı, hansı hekayənin qalib olmasını istərdin?

- Düzü, ordakı hekayələrin çoxunu oxumamışam, sadəcə, ümumi mənzərə mənə tanış idi. Necə ki, çaya tor atırsan, balıqlar kütləvi şəkildə o tora düşür. Kulis də sanki cəmiyyətə bir tor atdı, görsün yeni imza varmı, maraqlı bir müəllif varmı ki, o küncdə-bucaqda qalıb, çap olunmur... Məlum oldu ki, torda heç nə yoxdur. Sən demə, kim yaza bilirsə, kim maraqlıdırsa, hamısını beş barmağımız kimi tanıyırıqmış.

- Bir ailədən iki nəfər müsabiqədə iştirak etmişdi. Qorxumurdun ki, xanımın sənin hekayəndən daha çox layk toplayar?

- Çinarənin məndən çox layk toplamağına təbii ki, inanmırdım. Yoldaşım rəssamdır. Evdə tez-tez zarafat edirəm ki, mən şeirdən nəsrə keçdim, sən şəkildə nəsrə gəldin. Həvəsi var, yazır. Mən də mane olmuram.

- Müsabiqədə səni narahat edən hansı məqamlar vardı?

- Saxta yolla layk toplayan uşaqlar vardı. Hekayələrini oxudum, real layklar olduğuna inanmadım. Maraqlandım, aydın oldu ki, saxta layklar nəzərə alınmayacaq. Bundan sonra əmin oldum ki, birinci yerdə mənim hekayəm çıxacaq. Çünki hekayəmə gələn layklar düzgün idi.

- İkinci və üçüncü yerlərin hekayələri haqqında nə deyə bilərsən?

- Heç birinin hekayəsini ədəbi nümunə hesab etmirəm. Heç düşünmürəm ki, onların da yazıçılığa ciddi iddiaları var. Yazıblar, yer tutublar, mən də onları təbrik edirəm.

- Çap olunan digər hekayələrdən hansıları bəyəndin? Hansı ki onlar az layk toplamışdı...

- Dediyim kimi, bütün hekayələri oxumamışdım. Amma Kulisdə işləyən dostların zövqünə inandığım üçün onların seçdiyi 30 nümunəni oxudum. Düzü, orda da ciddi nəsə görmədim...

# 1352 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər