Biz qoyunun dalınca... - Amerika ilə Osmanlının 13 fərqi

Biz qoyunun dalınca... - <span style="color:red;">Amerika ilə Osmanlının 13 fərqi
22 iyul 2016
# 12:33

XIX əsrdə Osmanlı ərazisində yaşayan alman əsilli bir amerikalı missioner Benjamin Şneyder Bursada protestant kilsəsi qurmuşdu.

Onun xanımı Eliza Şneyder ərinin fəaliyyətinə kömək etmək üçün qadınların arasındaydı. Bu qadın Amerikadakı alman protestant kilsəsinə xitabən qələmə aldığı məktublarda dövrün Osmanlı toplumu ilə amerikalıları müqayisə etmişdir.

Vurğulamaq lazımdır ki, bəzi müqayisələr tez-tez təmas halında olduğu Bursanın xristian toplumundakı müşahidələri əsasında ortaya çıxıb.

1. Amerikada bir kişi və qadın evlənəndə ata evindən ayrılıb öz başlarına yaşamağa başlayırlar.

Osmanlıda isə ya qadının, ya da kişinin ailəsi ilə birlikdə yaşamağa davam edir və beləliklə eyni dam altında dörd-beş nəsil bir yerdə qala bilir.

Amerika’da bir erkek ve kadın evlendiğinde baba evinden ayrılıp kendi başlarına yaşamaya başlıyor.

2. Amerikada insanlar yuxuları gəldiyi zaman çarpayılarına gedər və gün boyu geyindikləri paltarlarını soyunarlar.

Osmanlıda isə çarpayı gətirilir və paltarlarını soyunmadan yatırlar.

Amerika’da insanlar yatacağı zaman yataklarına gider ve gün boyunca giydikleri kıyafetlerini çıkarır.

3. Amerikada hələ evlənməmiş qadın gələcək əri ilə tanış olub nişanlandıqdan sonra ev əşyalarını hazırlamağa başlayır.

Osmanlıda isə bu hazırlıq hələ nişan olmadan illər əvvəl başlayır ki, evlilik ən qısa zamanda reallaşsın. Bəzən də cehizini hazırlamış qızlar heç kimdən evlənmə təklifi almadıqda həm əşyalar, həm də qız “evdə qalır”.

Amerika’da henüz evlenmemiş bir kadın, müstakbel eşiyle tanışıp nişanlandıktan sonra ev eşyalarını hazırlamaya başlar.

4. Amerikada bir çoban qoyunları otlağa aparır, qabaqda qoyunlar gedir, arxada çoban.

Osmanlıda qabaqda adam gedir, arxada qoyunlar.

Amerika’da bir çiftçi koyunlarını otlatmak için çayıra götürürken önden koyunlar gider arkadan çiftçi.

5. Amerikada insanlar qonşularının evlərinə girəndə papaqlarını çıxarırlar, ancaq ayaqqabılarını yox.

Osmanlıda ayaqqabılar çıxarılır, ancaq papaqlar yox.

Amerika’da insanlar komşularının evlerine girerken şapkalarını çıkarırlar, ama ayakkabılarını çıkarmazlar.

6. Amerikada qadınlar zəif və incə bellilərin gözəl olduğunu düşünürlər.

Osmanlıda isə dolğun qadınlar gözəl qəbul olunur. Bursanın ən gözəl qadını hesab olunan xanım şəhərin ən gonbul qadınlarından biridir.

Amerika’da kadınların güzellik anlayışı zayıf ve ince belli olmaya dayanır.

7. Amerikada hamballar yükləri çiyinlərində daşıyırlar.

Osmanlıdakılar isə bellərində daşıyırlar.

Amerika’da hamallar yükleri omuzlarında taşır.

8. Amerikada kişilər saqqalarını kəsər, saçlarını uzadarlar.

Osmanlıda isə kişilər saqqal saxlayar, saçlarını kəsdirərlər.

Amerika’da erkekler sakallarını keser, saçlarını uzatır.

9. Amerikada birini qarşılayıb buyur edəndə əllərini ehtiram əlaməti olaraq sinəsinə qoyurlar.

Osmanlıda isə əllərini irəli uzadırlar.

10. Amerikada bir qrup qadın günortadan sonranı bir yerdə keçirtmək üçün ya bir yerdə görüşərlər, ya da aralarından birinin evində qonaq olarlar.

Osmanlıda isə qadınlar ya buğlu hamamlarda, ya da kölgəlik bir qoruqda görüşürlər. Buna “kef çəkmək” deyirlər. Bu, onlara görə ən gözəl dünyəvi səadətdir.

11. Amerikada insanlar yuyunmaq istədikdə suyu vannaya doldurub içinə girərlər.

Osmanlıda isə vannanın içinə girib suyu üstlərinə tökərlər. Yəni bir başqası, ya da xidmətçi yuyunan adamın yanında durub suyu tökər və axan su vannanı doldurar.

Amerika’da insanlar yıkanmak istediklerinde suyu tekneye doldurup içine girer.

12. Amerikada “yox” demək üçün başlarını yana hərəkət etdirirlər.

Osmanlıda isə başlarını geriyə doğru atarlar.

13. Amerikada işçilər iş axtaranda insanlara sorğu-sual edərlər.

Osmanlıda isə işçilər bazara gedib kiminsə onları işə çağırmasını gözləyərlər.

Amerika’da işçiler iş ararken genellikle insanlara başvurup iş ister.

# 4272 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər