17 pyesi Şekspir yazmayıbmış-OKSFORD TƏSDİQLƏDİ

17 pyesi Şekspir yazmayıbmış-OKSFORD TƏSDİQLƏDİ
2 noyabr 2016
# 11:28

Oksford Universiteti Nəşriyyatı apardığı tədqiqat nəticəsində dramaturq Kristofer Marlounun Şekspirin üç pyesində imzası olduğunu təsdiq edib. Kulis.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə tezliklə sözügedən nəşriyyatda çap olunacaq Şekspir toplusuna “VI Henri” pyesi Şekspir və Marlounun həmmüəllifliyi ilə salınacaq.

Toplunun redaktoru Qary Taylor Marlounun Şekspirin əsərlərinə dəstəyinin kifayət qədər diqqətə çarpan olduğunu qeyd edir: “Şekspir və Marlounun təkcə bir-birindən ilham almırdılar, həm də bir yerdə yazırdılar. Rəqiblər bəzən birlikdə işləyirlər”.

Redaktor Marlounun həmmüəllifliyinin tamamilə sübut edildiyini vurğulayıb: “XVIII əsrdən bəri “VI Henri”nin bəzi hissələrində Marlounun “barmağı” olduğu deyilsə də sübutumuz yox idi. Müəyyən sözlərin və ifadələrin müxtəlif yazıçılar tərəfindən hansı sıxlıqda istifadə edildiyini araşdırdıqda Marlounun “VI Henri”dəki barmaq izləri çox aydın görünür”.

Dünyanın bir çox ölkələrindən gəlmiş 23 mütəxəssisin iştirakı ilə aparılan tədqiqata görə Şekspirin 44 əsərindən 17-də həmmüəlliflik var. Bu tədqiqatlar hələ də davam edir.

Oksford Universiteti Nəşriyyatının tədqiqatı iki metodla aparılıb. Əvvəlcə mətnşünaslar Şekspirin və Marlounun əsərlərinin lüğət tərkibini, sintaksis quruluşunu və üslubunu analiz ediblər. Oxşar sözlərin təhlili üçün xüsusi bilgisayar proqramlarından da istifadə olunub.

Redaktor başqa versiya da irəli sürüb: “Biz onların hansı formada əməkdaşlıq etdiyini də tam bilmirik. Ola bilər ki, Şekspir Marlounun redaktoru imiş. ”

Şekspirin müasiri olan Kristofer Marlounun (1564-1593) “Doktor Faust” əsəri çox populyardır. Dramaturq başqa bir neçə pyesə də imza atıb.

Şekspirşünas professor Karol Rutter isə məsələ ilə bağlı fərqli düşünür: “İnsanlar istədikləri kimi düşünməkdə azaddırlar. Oksford Universiteti Nəşriyyatının adı belə bir çoxlarına inandırıcı gəlməyə bilər. Şekspirin bir çox insanla birlikdə çalışdığını bilirəm, ancaq Marlounun onlardan biri olması məni təəccübləndirir. Şekspirin pyesləri yazılan ərəfədə Marlou məşhur dramaturq idi. Məni bu cür düşünməyə vadar edən məhz bu səbəbdir. Şekspir nəyə görə onunla bir yerdə işləməyi qəbul etsin ki?”

# 1410 dəfə oxunub

Oxşar xəbərlər

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər