Orxan Pamukun son romanı doğma dilimizdə - FOTO

Orxan Pamukun son romanı doğma dilimizdə - <span style="color:red;">FOTO
20 noyabr 2015
# 15:39

Orxan Pamukun sonuncu “Kafamda bir tuhaflık” romanı "Qanun" nəşriyyatında Azərbaycan dilinə çap olunub.

Bu barədə Kulisə romanın tərcüməçisi Nəriman Əbdülrəhmanlı məlumat verib. O, bildirib ki, tərcümə işinə ötən ilin axırında başladım, təxminən iki ay yarım çəkdi. Tərcüməçi daha sonra əlavə edib ki, kitabı dikimizə uyğunlaşdırmaq elə də çətin olmayıb: “"Qara kitab"a və "Mənim adım Qırmızı"ya baxanda bu romanın dili bir qədər sadədi.”

N.Əbdülrəhmanlının “Beynimdə qəribəlik” adı ilə tərcümə elədiyi roman həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində 6 il işlədiyi roman boza satan Mövludla üç il sevgi məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatından bəhs edir.

Xatırladaq ki, “Kafamda bir tuhaflık” romanı çap olunandan dərhal sonra Kulisdə geniş müzakirəsi keçirilmişdi.

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

10:00 25 avqust 2026
“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

12:00 24 avqust 2026
Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər