Həmid Herisçi xakerlərə şeir həsr etdi – Mətn

Həmid Herisçi xakerlərə şeir həsr etdi – <span style="color:red;">Mətn
24 aprel 2019
# 13:26

Kulis.az tanınmış şair Həmid Herisçinin “Xaker” şeirini təqdim edir.

Kokakolamın

uduşsuz, ulduzsuz qapağına

bir də baxdım, bir də baxdım,

pulumun qalanına, ən halalına

tum da aldım, tum da aldım,

gecənin saqqalına

dən də saldım, qəm də saldım.

Bakımın ən kor dalanında

əvvəl öz qapımı, sonunda ayaqqabımı

axır, şükür, tapdım,

Bütün durğu işarələriylə özümü tamamladım,

Xakerliyə başladım...

Yardım eyyyyy

Donald Trampım Tvitter akkaundunu,

özü də bilmədi necə dəyişdin

miqrant qanununu,

Putinin adından ona məktub yazıb,

qəfil dəyişdin göydəykən

təyyarəsinin marşrutunu.

Sübut elədim Zəlil Sənətquluzadənin

gürcülərədn oğurluğunu.

Yazarlardan Den Braunu

uşaq kimi dolayıb,

oğurladım axır, şükür, Da Vinçonun

qırx düyünlü kodunu.

Girdim bu kodla Ərəbistana

söndürdün uf demədən şeyxlərin

pepsikola, arağla dolu

nəhəng soyuducusunu.

Sonra lap cürətlənib

Renaldoya tərkitdim

cəhənnəmdəki futbolunu.

Gördüm, Makron xəstədi...

İlk fürsətdə gedib iyləyir

öz qoltuğunu!!!

İkiüzlüdü...arvadıyla tək qalanda

danır yəhudilərin Xolokostunu!!!

Britnaiya şahzadəsinə

hərbi çağırış vərəqəsi göndərdim,

meyidxana cəsədlərinin

seksini, eşqini də görüntülədim...

Kosmosa uçub orda

bir kəfən, bir çətən yadplanetliylə

selfi çəkdirdim.

Axır...axır qərara gəldim

oralarda qalım...

Əzizm, gülüm, ey huşidarım!!!

# 21009 dəfə oxunub

Oxşar xəbərlər

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər