Fərid Hüseyn Kladovo şəhərində poeziya gecəsində iştirak edib

Fərid Hüseyn Kladovo şəhərində poeziya gecəsində iştirak edib
23 sentyabr 2016
# 10:12

Gənc şair Fərid Hüseyn Serbiyanın Kladova şəhərində keçirilən poeziya axşamında iştirak edib. Kulis.azın məlumatına görə tədbir 22 sentyabr, saat 18:00-da Kladova Mədəniyyət Evində keçirilib.

Bu il Dünya Yazarlarının 53-cü Belqrad Görüşünün iki gününü şairlər qruplar halında ölkənin müxtəlif şəhərlərinə göndərilib. Tanınmış serb şairi, tərcüməçi, akademik Adam Puslyoviç, fransız şair Florentin Palagiya və gənc şair Fərid Hüseyn Kladova şəhərinə gəliblər.

Tədbirin aparıcısı xanım Danjila Barac Konstandinovic qonaqları salamladıqdan sonra, onlar haqda məlumat verib və Dünya Yazarlarının 53-cü Belqrad Görüşünün önəmindən danışıb.

Tədbirdə Serbiyanın milli musiqiləri səsləndirilib, məktəblilər şairlərin serb dilinə tərcümə edilmiş şeirlərini oxuyub. Həmçinin, kladovalı şair Mixail Vasileviç, digər yerli ziyalılar və mədəniyyət evinin məsul şəxsləri çıxış ediblər.

Poeziya gecəsində serb şairi, akademik Adam Puslyoviç Azərbaycan ədəbiyyatından danışıb, Fərid Hüseynin serb dilinə tərcümə etdiyi “Şairlər” adlı şeirini səsləndirib və əlavə olaraq bunları deyib: “Fərid Hüseyn modern poeziyanın təmsilçisi kimi diqqətimi cəlb edib. Belqrada gəlməmişdən əvvəl mən onun serb dilinə çevrilmiş şeirləriylə tanış oldum, fikirlərimi bir neçə həmkarımla bölüşdüm. Onun şeirlərinin fəlsəfi yükü, ideya təlqini və fikrin çatdırılma üsulu məni qane etdi. Bura gələndə özündən şeirlərini aldım və ondan xəbərsiz bir neçə şeirini dilimizə çevirdim. Tərcümələrin surətini özümdə saxlayaraq əlyazmalarımı ona hədiyyə edəcəyəm. F.Hüseynin repressiya, terror, yaradıcı insanın həyatı, inam, sevgi və s. mövzularda şeirləri var. Mövzu müxtəlifliyinin uğuru şairin başlıca üstünlüyüdür və fərqli mövzular şair yaradıcılığının uzunömürlülüyü deməkdir”.

Daha sonra çıxış edən Fərid Hüseyn Azərbaycan Serbiya ədəbi əlaqələrindən, Nobel mükafatçısı İvo Andiriçin Nizami Gəncəvi yaradıcılığı haqqındakı yazısından, Azərbaycanın Serbiyadakı Səfirliyinin fəaliyyətindən, “Kitabçı” jurnalının serb ədəbiyyatına həsr edilmiş xüsusi sayından, uzun illər Azərbaycan-serb ədəbi əlaqələrinin yaranmasında xidmətləri olan şəxslərdən, görülən işlərdən, AZTM-in bu ölkəylə bağlı 2 nəşrindən, müasir Azərbaycan şeirinin durumundan danışıb və şeir oxuyub.

Tədbirin sonunda şairlər şeirləri çap olunan antologiyanın Kladovalı oxucular üçün imzalayıblar.

Xatırladaq ki, Gənc şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 53-cü Beynəlxalq Belqrad görüşündə (18-23 sentyabr) iştirak edir. O, bu tədbirə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti, şair-tərcüməçi Səlim Babullaoğlunun tövsiyə və təqdimatıyla qatılıb.

# 2796 dəfə oxunub

Oxşar xəbərlər

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər