Mən öləndən iki saat əvvəl -TÜFƏNG SƏSİ

Mən öləndən iki saat əvvəl -TÜFƏNG SƏSİ
7 sentyabr 2016
# 12:49

İlqar Rəsulun hekayəsi

Mən öləndən iki saat əvvəl idi. Onda hələ aşağıda, eyvanın altında həmişəyaşıl kolları qayçılayan bağbana işini dayandırıb öz otağına çəkilməsini tapşırmamışdım, qapı-pəncərəni örtüb pərdələri çəkməmişdim. Hələ otaq işıqlı, havası da tər-təmiz idi. Hələ nə viski içib, siqar çəkərək otağı tüstü ilə doldurmuşdum, nə də royalda pərakəndə şəkildə nələrsə ifa edib keçmişləri xatırlamışdım. Düzü, heç bunlara həvəsim də yox idi. Heç tüfəngimin iki əsr əvvəl tikilmiş bu böyük malikanənin harasında olduğunu da dəqiq bilmirdim.

Yuxudan günortaya yaxın oyanmışdım. Hava əla idi. Əsil yaz havası. Qonaq otağının eyvanının taybatay qapılarında və az qala döşəmədən tavanadək uzanan ensiz açıq pəncərələrində ağ pərdələr xəfif yellənirdi. Ərafda göz işlədikcə uzanıb gedən və hər tərəfi hündür hasarla əhatələnmiş qocaman bağda cəh-cəh vuran quşların səsi bir - birinə qarışıb xoş ovqat yaradırdı. Yaradıcılıq üçün çox gözəl gün idi. Dünənki sərxoşluğun gətirdiyi süstlük hələ tam canımdan çıxmasa da, hər şey yaxşı olsa, qəlyanaltıdan sonra keçən aydan yarımçıq qalmış rəsmi tamamlamağı düşünürdüm. Təzəcə yuyunub süfrəyə oturmuşdum. Nahar vaxtı olmadığı üçün xidmətçilər gözə dəymirdilər.

O, özü mənə qəhvə süzdü. İçində yağ, bal, alma cemi və nazik doğranmış şirin çörəklər olan sininin üzərindən ağ örtüyü götürüb, qatlayaraq süfrənin kənarına qoydu. Sonra sakitcə yataq otağına keçdi, gecədən yığıb hazırladığı çamadanı və çətiri əlində geri qayıtdı.

- Birdəfəlik gedirsən, yəni doğrudan atırsan məni ? - deyib, gözlərinə baxdım. Bir vaxtlar mən ona ürəyimi açanda, sevdiyimi bildirib evlənmək təklif edəndə də belə həyəcanla gözlərinin içinə baxmışdım. O vaxt bütün varlığımla "hə" deməsini arzulayırdım, "yox" söyləyəcəyindən qorxurdum. Onda heç ağlıma da gəlməzdi ki, vaxt olacaq, eyni həyəcanla bu qadının gözlərinə baxıb bütün varlığımla "yox" söyləməsini arzulayacam, "hə" deyəcəyindən qorxacam. Heç istəmirdim "hə" desin.

- Yəni doğrudan...? - Susqunluğundan ürəklənib təkrar soruşmaq istədim, sözümü ağzımda qoydu. Gözlərini gözlərimdən yayındırdı, - "hə" - dedi və qapını arxasınca örtüb getdi...

# 2804 dəfə oxunub

Oxşar xəbərlər

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

12:00 11 noyabr 2025
İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər