Seymur Baycanı necə soyundurdular? HEKAYƏ

Seymur Baycanı necə soyundurdular? HEKAYƏ
27 may 2014
# 12:35

Bir müddət sonra Seymur Baycan uşaqlar üçün hekayələr kitabı çap ediləcək. Kulis.Az həmin kitabda yer alan “Mən necə istidən xilas oldum?” hekayəsini təqdim edir.

Yaşım hələ tamam olmamışdı. Ya üç aylıq olardım, ya da dörd aylıq. Gənc ana, yəni doğma anam ya təcrübəsizlikdən, ya da ola bilsin xəstələnəcəyimdən qorxaraq əlinə keçən əski-üsküylə məni bərk-bərk bələmişdi. Üstəlik qırmızı bir iplə bələyi də bərk-bərk sarımışdı. Elə bil harasa qaçacağımdan qorxurdu.

Əlim-ayağım, bədənim bir tərəfə qalsın, heç başımı da tərpətmək mümkün deyildi. İstidən bişirdim. Hələ dilim açılmadığına görə anama heç nə deyə bilmirdim. Deyə bilmirdim ki, ay ana, istidən ölürəm, mənə yazığın gəlsin, aç bu bələyi. Qoy bir az bədənimə Allahın havası dəysin. Ürəyim az qala istidən dayansın.

Başladım bərkdən ağlamağa. Bu vaxt anam məni qucağına götürdü. Daha da şiddətlə ağladım. Anam elə bildi ki, acmışam. Mənə süd verdi. Əmmədim. Ağlamağa davam etdim. Bu istidə heç süd əmmək olar? Anamın bibisi, atasının bacısı bizə gəldi. Nə yaxşı ki, gəldi. Yaşlı qadın məni dəhşətli istidən xilas etdi. Yoxsa istidən öləcəkdim. Anam təlaşla bibisinə dedi ki, deyəsən uşaq xəstələnib. Bayaqdan ağlayır. Anamın bibisi bələyimi açdı.

Bədənimə sarınmış əski-üskülərin hərəsini bir tərəfə atıb anamın üstünə qışqırdı-bu istidə məni də belə bələsələr mən də ağlayaram. Bu nədi? Uşağı belə bələməzlər. Yazığı bişirmisən. Yaxşı ki, ürəyi partlamayıb.

Anam bərk qorxdu. Su qızdırdılar. Məni yaxşıca çimizdirdilər, əynimə nazik yay paltarı geyindirdilər. Canım elə dincəldi, elə dincəldi, elə dincəldi ki, kəpənək kimi yüngülləşdim. Əgər istəsəydim uçub ürəyim istəyən çiçəyin üstünə qona bilərdim. Zəhmətkeş arılar mənə “həmişə təmizlikdə” dedilər. Ləzzətlə ətrafımda qaynayan həyatı müşahidə etməyə başladım, böyük maraqla ağaclara, quşlara, toyuqlara, uzaqdakı dağlara, hərəkət etməyə ərinən tənbəl buludlara baxdım, çay içə-içə söhbət edən anamla bibimə diqqətlə qulaq asdım...

# 5169 dəfə oxunub

Oxşar xəbərlər

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

10:00 23 fevral 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər