Hanı o vicdan ki... - ŞEİRLƏR

Hanı o vicdan ki... - <span style="color:red;">ŞEİRLƏR
18 sentyabr 2015
# 12:44

Kulis gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir

Cavabı olan suallar

Hanı?..

Hanı o şair ki haqqın ayaqlarını yuyur?

Hanı o şeir ki bir sözünü çıxarsan, ədalətin iki gözü kor olar?

Hanı o vicdan ki içində bahar şənliyi var?

Hanı o insaf ki bətnində səməni cücərir?

Hanı o göyüzü ki üstündə quşlar yallı gedir, altında ağaclar?

Hanı o yerüzü ki sərhədləri soyadından çıxarır?

Hanı o yağış ki çətirlər Tanrıya üz çevirmir, rəhmətin qapısını bağlamır?

Hanı o yol ki qayıdış fəlsəfəsini öyrədir?

Hanı o bayram ki orda qurban getmirlər?

Hanı o sevgi ki cibində ayrılığın şəxsiyyət vəsiqəsi yoxdu?

Hanı o ürək ki orda qeydiyyata alınmayıb xəyanət?

Hanı o insan ki nəfsində şeytan qəbristanlığı var?

Hanı o dost ki aynalara baxanda görmək olur?

Hanı o dünya ki dənizlərinin dalğaları köpük qusmur, insanlarının mədələri qan?

Hanı o din ki kafiri də anlaya bilir?

Hanı o dil ki bütün inkar şəkilçilərindən məhrumdu?

Hanı o tanrı ki ona hamı inanır?

Hanı?..

Hanı?..

Hanı?..

Sədaqət xala

Hamısı sənə görə oldu, Sədaqət xala

Borcluyduq sənə.

Amma alınmırdı, Sədaqət xala,

Vallah alınmırdı.

Bir Allah bilirdi anam nə çəkir…

Sənə görə özünə vaxt tapa bilmirdi,

Boş vaxtlarında ya fikir eləyirdi ya zikr.

Səndə Həzrəti Eyyub səbri hardaydı?

Niyə belə elədin, Sədaqət xala?

Niyə girdin yuxularımıza?

Niyə anlamadın bizi?

Niyə inanmadın “yoxdu”larımıza?

Axı sən tək deyildin,

Bütün banklar Sədaqət xalaydı, Sədaqət xala.

Səndən sonra getmədi

Canımdakı Sədaqətfobiya.

Hamısı sənə görə oldu, Sədaqət xala

Sevdiyim qızlar sədaqətsiz çıxdılar…

***

Harda qalırsan görən,

Ev-eşiyin necədi?

Xoşbəxtsənmi, düzün de,

Sən gözlərinin cəddi.

O, sənə toxunanda

Mən yadına düşürəm?

O, yaxşı öpür yoxsa

Mən yaxşı öpüşürəm?

Hansımız sənin üçün

Səncə öldü və öldü.

Onsuz da ölməliydi,

Ondan əlavə öldü…

# 3312 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər