Hər gün ölür ümidlər - ŞEİR

Hər gün ölür ümidlər - ŞEİR
13 oktyabr 2015
# 14:00

Kulis gənc şair İntiqam Yaşarın şeirlərini təqdim edir.



Və susarsan

Bəzən qopub getmək istərsən bu şəhərdən,

Güvəndiyin əlləri soyuq görəndə…

Və sadəcə “əfsus” - deyərsən dünənlərə…

Bundan başqa bircə kəlməyə belə gücün çatmaz.

Qəhər boğar, çırpınarsan qəfəsində…

Bax, beləcə, bir ad sınar, çiliklənər nəfəsində…

Və susarsan…

Hər hərfindən bir əlamət boylandıqca dünənlərə,

Şüşə kimi çilikləri kəsər sənin əllərini,

Xəbərin olmaz.

Sahiblənər hər hissəni, bircə-bircə toplayarsan…

Qoymazsan ki, yerdə qala…

Qəfildən lap gözlərin qaralar, az qalsın ki, yıxılasan…

Gözlərin əllərinə sataşar,

Doğram-doğramdı əllərin…

Söykənərək bir divara “ah” çəkərsən dərindən,

“deyəsən, çox qan itirdim, deyəsən, çox yorulmuşam”…

- Nə yaxşı ki, söykənməyə bu divar var!

Və susarsan…



Həzrəti darıxmaq

Yenə həzrəti darıxmağın əli qapı zəngində,

Xeyir ola axşam-axşam?

Yenə divardan asılmış təqvimdəki

“3” rəqəmi “olmaz olsun” - rəngində.

Xeyir ola axşam-axşam…

Gözünü tavana zilləməkdi,

Hərdən sükutu,

Hərdən alıb-verdiyin nəfəsi dinləməkdi çıxış yolu.

Bu çıxış yolu giriş üçün hesablanıb

doğma divarlar arasında

Ögey balaları əzizləməyə.

Ürəyindən gəlməsə də,

könül xoşluğu olsun deyə

Bir-iki şirin söz deməyə.

Durum açım qapını,

Qonağı gözlətmək olmaz.

***

Hər gün ölür ümidlər,

Taun, zökəm, min bəla.

Sabaha addım atmaq,

Müşkül olub, az qala.

İtkilərin sayından,

Yoxdu dəqiq məlumat.

Bir xəbər eşidirsən,

Hər dəqiqə, hər saat.

Oğulsan, ayırd elə,

Kimdi günah yiyəsi.

Kimdi həqiqi qatil,

Kimdi silah yiyəsi.

Bir-birindən hamının,

Umub-küsəcəyi var.

Bircə an içindəcə,

Salam kəsəcəyi var.

İndi baş saxlamaqçün,

Başdan baş olmalısan.

Ya ac ürəyi yumşaq,

Ya da daş olmalısan.

Ayrılsam öləcəksən

Bircə məni unutsan,

hamını unudarsan.

Məni kim unudardı?

gülüm, nə yaxşı varsan!

Heç utanıb eləmə,

unut cəsarət ilə.

Sıradan dərd olmasın,

belə, qiyamət elə.

Ayrılıq addımın da,

özünəməxsus olsun.

Ayrıla bilməyənlər,

hamısı məyus olsun.

İndi ayrılığa da,

tamarzılar sürünür.

Bu miskin əhvalından,

çox razılar sürünür.

Mən sənə inanmışam,

bir azdan gələcəksən.

Bəhanən bu olacaq,

"Ayrılsam öləcəksən."

# 1858 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər