“Yarımçıq əlyazma” Londonda təqdim edildi

“Yarımçıq əlyazma” Londonda təqdim edildi
27 noyabr 2013
# 14:52

London şəhərində, məşhur “Voterstones” kitab evində yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" əsərinin təqdimatı keçirilib.

Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi təqdimatda London incəsənət elitasının nümayəndələri, tənqidçilər, ədəbiyyat professorları, teatrşünaslar iştirak edib.

Təqdimatı Avropa Azərbaycan Cəmiyyətinin icraçı direktoru cənab Lionel Zetter açıb. O, "Yarımçıq əlyazma" romanının bugünkü təqdimatını Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Böyük Britaniyada işıqlandırılması baxımından növbəti addımı kimi qiymətləndirib. Daha sonra L. Zetter romanın müəllifi Kamal Abdullanın ədəbi, elmi fəaliyyəti barədə və əsəri ingilis dilinə çevirən Enn Tomson barədə xoş sözlər söyləyib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxışında “Yarımçıq əlyazma”da Azərbaycan tarixinin son dərəcə incə mətləblərinə toxunulduğunu, bu əsərin təkcə Azərbaycanda deyil, Fransada, Rusiyada, Türkiyədə, Braziliyada, Avstriyada və başqa ölkələrdə də çap olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kitabı ingilis tərcümə edən E. Tomson belə bir əsəri tərcümə etdiyi üçün qürur hissi keçirdiyini bildirib: “Əsər çox dərin struktura malik olduğundan onu tərcümə etmək asan məsələ deyildi. Tərcümə prosesində mən Azərbaycan tarixini, mədəniyyətini, dilini daha yaxşı öyrəndim. İndi isə mən Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanını tərcümə etmişəm və güman edirəm ki, britaniyalı və ümumiyyətlə, ingilisdilli oxucu yaxın zamanda bu maraqlı əsərlə də tanış ola biləcək”.

K. Abdulla isə əsərin yazılma prosesindən, onun ayrı-ayrı ədəbi dairələr tərəfindən qəbul edilmə müxtəlifliyindən, haqqında yazılan fikirlərdən danışıb: “Əsərin taleyi bu gün də müxtəlif adamları düşündürür. Dastan qəhrəmanları ilə romandakı qəhrəmanların təsvir müxtəlifliyi bu gün də birmənalı qarşılanmır. Romanın xarici dillərə, hazırda italyan dilinə tərcümə prosesi davam edir”.

Çıxışının sonunda K. Abdulla əsərin tərcüməçisi E. Tomsona, kitaba ön söz yazan amerikalı professor Maks Statkiyeviçə, Avropa Azərbaycan Cəmiyyətinə, mərasimə toplaşan hər kəsə, səfir F. Qurbanova təşəkkürünü bildirib.

K. Abdulla və E. Tomson mərasim iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra ALOFF teatrının rejissoru əsər barədə yüksək təəssüratını bölüşüb: “Roman çox dərin əsərdir. Tarixin bir neçə dövrünü paralel şəkildə təqdim edir”. Əsərin dərinliyindən, oradakı surətlərin özünəməxsusluğundan heyrətləndiyini deyən rejissor roman əsasında tamaşa hazırlamaq niyyətində olduğunu da sözlərinə əlavə edib.

Tədbirin sonunda K. Abdulla oxucuların kitablarını imzalayıb.

Təqdimatla bağlı Kulis.Az-a danışan Kamal Abdulla bunları deyib: “Belə bir fikrə gəlmişəm ki, xarici oxucular milli mətndən məsafəcə nə qədər uzaq olsa bir o qədər mətni adekvat duyurlar. Adekvat qiymət isə yazıçı üçün ən vacib nemətdir. İngilis rejissorun kitabım haqda dediyi sözlər mənim üçün çox qiymətlidir. O kitabı oxuyub heyrətləndiyini bildirdi”.

# 3223 dəfə oxunub

Oxşar xəbərlər

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Baş katib:  "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

Baş katib: "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

16:08 3 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər