Azərbaycanda islam əleyhinə kitab çap edildi

Azərbaycanda islam əleyhinə kitab çap edildi
6 sentyabr 2013
# 12:49

Yazıçı Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanı çap olunub. Kulis.az məlumatına görə, romanda ciddi müzakirələrə yol açacaq mövzulara toxunulur. Xalq Yazıçısı İsa Hüseynovun (Muğanna) “Ön söz” yazdığı kitabda islam ciddi şəkildə tənqid olunur, türk millətinin tək tanrıya olan inamı önə çəkilir.

Əsərdəki Dədə Əfəndi obrazı islamın tənqidçisi kimi çıxış edir. Eyni zamanda İslam səmavi din kimi deyil, uydurulmuş din kimi təqdim olunur. Eyni zamanda əsərdə islamdakı məzhəbçilik kəskin tənqid olunur.

“Dədə Əfəndinin söhbəti :

- Oğul, sən elə zənn etmə ki, türklər İslamı qəbul ediblər. Onlar islamı qəbul etməyiblər, sadəcə tanıyıblar. Tanımaqla, qəbul etmək arasında çox böyük fərq vardır. Türklərin bəşəriyyətin uydurulmuş dinlərinə qədər, dini də vardı, peyğəmbər sayılacaq insanı da, hətta müqəddəs kitabı da. Hətta onu da bilməlisən ki, dünyada yaşayan ilk və ən qədim xalq bizik ki, əzəldən göydəki Tanrıya inanaraq, ona tapınmışıq. İslam türklərə yeni adlı din kimi gəlsə də, bu yeni dinin dərinliklərinə enərkən gördülər ki, inanıb etiqad etdikləri dinlə bu din arasında o qədər də fərq yoxdur. Onların inancının kəsişdiyi ortaqlaşdıran ən önəmli nöqtə Tanrının tək olması və bizlərdən yuxarıda qərar tutması idi. Yeni yaradılmış islam dinində icra olunan bir çox dini ayinlərdən – Qurban kəsmə, nəzir vermə, sədəqə paylama kimi adətlər qədim türklərin yaranışından mövcud olmuşdur”.

Yazıçı Şəmil Sadiq “ İsa Hüseynovun fəlsəfi fikirlərindən ciddi şəkildə təsirlənərək həm din, həm də tanrı anlayışına fərqli münasibət sərgiləyib.

“Baxma ki, bu gün bir çox təriqət sahibləri yaradana Tanrı deyəndə qıcıqlanır, onu Allah, Rəbb və s. kimi təqdim edilməsini tələb edir, şüurlarınıza təsir edirlər. Bu dünyanı yaradanın adını yaradılan özü verib. Siz yaradılanlar ona Tanrı və ya Yaradan deyəndə heç bir yanlışlığa yol vermirsiniz. Bəziləri deyir ki, Allaha Yaradan yox, Tanrı yox, məhz Allah deyilməlidir. Yox, bala, heç bir fərqi yoxdur. Ona necə səslənməyimizin nə fərqi var? Elə hisslər var ki, onu duyur və yaşayırsan, amma ad verməkdə çətinlik çəkirsən. Bax Tanrı hissi də belədir. Bu Allah ərəbin deyil ki, ona onların dediyi kimi müraciət edəsən. Onlar səni qandırmaq istəyirlər ki, tanrı bütə, ilaha deyirlər. Başlarından böyük qələt edirlər. Türkün bütü olmayıb, o göydəki yaradana denqri, tenqri, tanrı deyib, sən də elə deməlisən. Elə həmin ərəblər idi ki, bütün bütlərə ilahlar, allahlar deyirdilər. Görürsən, nə saçma fikirdir? Görürsən ki, məqsəd səni səndən almaqdır? Yəni insanları, bəşəri bir-birindən ayırmaq. Bir olan Tanrının adından belə istifadə edib insanları bir-birinə salmaq, aralarındakı nifaqı böyütməkdir”.

"Ərəb dili Tanrının dili ola bilməz, oğul, heç vaxt ola bilməz. Heç indi də deyil. Sadəcə kütlə bunu belə qəbul edir”.

# 6576 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

10:00 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər