Seymur Baycan ruhi xəstəxanada

Seymur Baycan ruhi xəstəxanada
26 may 2014
# 11:07

Seymur Baycan Tiflisdə psixi müalicə alır. Bu barədə Kulis.Az-a yazıçının özü məlumat verib. O, bir aya yaxındır ki, Gürcüstandadır.

Xəstəliyi ilə bağlı danışan yazıçı deyib: “İki ildi məndə belə bir təəssürat yaranıb ki, qarnımda qurbağa yaşayır. Bir az əziyyət çəkirəm. Teatra, ictimai yerlərə gedə bilmirəm. Sakit yerdə otura bilmirəm ki, birdən quruldayar, yaxşı çıxmaz, narahatlıq yaranar. Doktor mənə başa saldı ki, bu mümkün deyil. Belə bir şey ola bilməz. Mən də dedim ki, bəlkə suyun içində balaca balasını udmuşam, qarnımda böyüyüb.”

Yazıçı bir aya yaxındır davam edən müalicədən sonra artıq qurbağanı unutmağa başlasa da hərdən yenə də yadına düşdüyünü deyib.

Yazıçı Gürcüstanda müalicə almasının səbəbini də açıqlayıb:Bakıda dostlarım mənə bir həkim tapdılar. İki dəfə söhbət etdik. Məlum oldu ki, həkim Dostoyevskini, Çexovu, Herman Hesseni, Knut Hamsunu oxumayıb. Mən də ədəbiyyat oxumayan adama inana bilmirəm. Danışmağa mövzu tapmadıq. Heç cür dialoq alınmadı. Sonra bir türk həkim tapdılar. O da hoqqabazın biri idi. Onun özünü müalicə edən lazımdı”.

Daha sonra Gürcüstanda yaşayan dostlarımın vasitəsi ilə bir həkimlə tanış oldum. İndi həftədə üç-dörd dəfə onunla söhbət edirik. Hər dəfə bir əsəri, mövzunu müzakirə edirik. Məsələn, dünən “Sənət sənət üçündür” mövzusunu müzakirə etdik. Ondan qabaq Çexovun “Altı nömrəli palata” əsərini müzakirə etdik. O deyirdi, “Altı nömrəli palata” əsəri Çexovun həkim müşahidələrinin nəticəsi idi. Mən isə dedim ki, xeyr, həkim müşahidələrindən əlavə Çexov özü də başqa dalğaya girə bilmişdi. Əsərdən iki cümlə göstərdim və dedim ki, bunu ancaq mərkəzi sinir sistemi çökmüş adam yaza bilər.

Qərara gəlmişik ki, ən sonda Knut Hamsunun “Misteriyalar” əsərini müzakirə edək. Çünki bu əsər elmlə ədəbiyyatın ən çox toqquşduğu əsərdir. Mən elmi inkar etmirəm, amma gərək elm də ədəbiyyatı inkar etməsin. Çünki bir söz deyən kimi “əsəbdi”deyib adamın üstünə möhür vururlar.”

Seymur Baycan müalicədən sonra doktorla söhbətlərini sistemləşdirib silsilə yazılar yazacağını söyləyib.

# 8593 dəfə oxunub

Oxşar xəbərlər

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

16:40 17 fevral 2025
# # #