Həbsxanada ölən dahi ARAŞDIRMA

Həbsxanada ölən dahi ARAŞDIRMA
13 iyun 2013
# 08:00

Vilhelm Reyxin töhfələri

XX əsrin ilk illərində psixologiya elmi Freydin sayəsində böyük bir irəliləyişdə olmuşdur. Freydin psixologiyanı yenidən canlandırarkən ən əhəmiyyətli tapıntısı Libido (cinsi enerji, həyat enerjisi) anlayışı idi. Ziqmund Freyd bu gün səhv bir şəkildə tapıntıları qəbul edilməmiş və ört-basdır edilməyə çalışılan bir dahidir. Ancaq Freyd ilə eyni dövrlərdə gənc bir psixoloq olan Vilhelm Reyx də diqqəti üzərinə çəkməyi bacarmışdı.

Reyxin fərqi təcrübələrə söykənməyən elmi şərh və düşüncələri rədd etməsi və haqqında danışılmış hər hansı bir fakt təcrübə ilə isbat edilmiş olsa belə qətiyyətlə üstündə dayanılmasının lazım olduğunu düşünməsi idi. Reyx qısa müddətdə baxım evi təcrübələrinin toplum işlərində parlayaraq Freydin baş assistenti olmuşdu. Ancaq bu onun üçün çətin bir dövrü də başlatmışdı.

Freyd sivilizasiyanın cinsi ehtiyaclarını basdıraraq ucaltması ilə qurulduğunu vurğulamış və bütün insanlığın ruhi xəstəliklərlə qarşı-qarşıya olduğunu bildirmişdi. Reyx isə tam bu nöqtədə problemin həllinin mümkün olduğunu söyləmiş və beynəlxalq ruh təhlili dərnəyindən atılmasına səbəb olacaq hadisələrin başlamasına səbəb olmuşdu.

Reyx ruh xəstəliklərinin mənşəyində ictimai problemlər iştirak edirsə buna qarşı mübarizə aparılmasının lazımlı olduğunu söyləyir, əks halda elmi məsuliyyətin bir tərəfə buraxılmış olacağını söyləyirdi. Freyd və digərləri ilə razılaşmayaraq, Almaniyada Sexpol (cinsəl siyasət) dərnəyini qurdu. Qısa müddətdə on minlərlə işçi dərnəyə müraciət etmiş, bir çox problemin üzərində heç dayanılmadığı aydın olmuşdu. Ancaq qısa müddətdə yayılan bu düşüncə təhlükəli olaraq qəbul edilmiş və Reyx faşizmin ilk qığılcımlarının görünməyə başladığı ölkəsini tərk etmə zamanının gəldiyini anlamaq məcburiyyətində qalmışdı.

Daha sonra araşdırmalarını artırmış, Freydin “şüuraltı” dediyi şeyin xroniki əzələ sıxılmalarıyla eyni şey olduğunu vurğulamışdı. Reyx uzun illər sürən sərbəst çağırışım üsulunu rədd etmiş, əsl həllin müqavimət göstərməyin və bədən quruluşunda özünü müəyyən edən şəxsiyyət quruluşuyla (Xroniki əzələ sıxılmalarının yaratdığı bio-psixoloji vəziyyət) mübarizə apararaq təmin edilə biləcəyini qarşıya qoymuşdu.

Vegeterapiya adını verdiyi bitki mənşəli sağaltma üsulunu istifadə edərək bütün ruhi problemlərin orgazm gücsüzlüyü, ya da qorxusu deyilən faktdan qaynaqlandığını vurğulamışdı. Ancaq bu mövzuda ona qarşı çıxan populist ruh təhlilçilərinin orgazmın nə olduğundan xəbərsiz olduğunu da müşahidə etmişdi.

Ənənəvi baxış orgazmı yalnız kişinin boşalma gücünə sadələşdirmiş, patriarxal bir dünyagörüşü ilə ereksiya ola bilməmə problemindən ibarət olduğunu fərz edirdi. Ondan fərqli olaraq qadınlar ümumiyyətlə ruh xəstəsi sayılır, bunun əksinə, boşalma qabiliyyəti olan hər kişi isə sağlam sayılırdı. Gərginlik-yüklənmə – boşalma dövrü və cinsi ilşkinin şüursuz mərhələsindən heç kimin xəbəri yox idi, ya da bu görməməzlikdən gəlinirdi. Daha sonra bəzi tapıntıları onu hüceyrə elminə və tibbi araşdırmalara gətirib çıxardı. Bütün pullarını araşdırmalarını həyata keçirdiyi laboratoriyasını ərsəyə gətirmək üçün xərclədi.

Xərçəngin mənşəyinin ruhi çöküntüyə səbəb olan alın yazısına boyun əymə olduğunu kəşf etdi. Freydin libido dediyi şeyin canlı orqanizmlərdə ölçülə bilən bir enerji növü olduğunu söylədi. Daha sonra bəzi təsadüflər (elmi görüşə səbəb olan səhvlər) nəticəsində 20 təcrübəsini reallaşdırdı. Bu təcrübə saf sudan (mikroorqanizmlərdən süzülmüş) ilk canlıların meydana gəldiyini isbat edir, mövcud biologiyanın dəyişilməsini tələb edirdi. Ancaq isbat edilməsinə baxmayaraq bu tapıntının nəticələri klassik elm tərəfindən görməməzlikdən gəlindi.

Orqon enerjisini kəşf etdi. Bu enerjini istifadə edərək xərçəngin müalicəsini inkişaf etdirdi. Qalaktikaların meydana gəlmə və təkamülünü orqonomiya (elmə bu adı vermişdi) ilə doğruya ən yaxın şəkildə açıqladı. Ölümündən iki il sonra (1959-cu ildə) eyni nəticə adı belə xatırlanmadan genişlədilmiş Habl qaydası olaraq müasir fizika tərəfindən nəşr olundu.

Fırtınaların, şimal qırmızılığının səbəblərini və inkişafını açıqladı. Maddənin meydana gəlməsini açıqlayaraq eyni canlıların cansızdan meydana gəlməsinin bu gün də meydana gələ biləcəyini iddia etdi. Termodinamikanın II qanununun (taraz sistemin entropiyası temperaturun mütləq “0”-a yaxınlaşması ilə “0”-a can atır) əleyhdarının da olduğunu vurğulayaraq Albert Eynşteyn ilə görüşdü (lakin Albertin əhəmiyyətli işləri olduğundan buna əhəmiyyət vermədi).

O, planet orbitlərinin meylli olma səbəbini və bir çox təbiət hadisəsini də açıqlamışdır. Hər kəsin istifadə edə biləcəyi Orgon cihazını icad etmişdi. Orqon enerjisi əskikliyinin şəxsiyyət zirehiylə (əzələ sıxılması, şüuraltı, orgazm gücsüzlüyü) yanaşı getdiyini taparaq bir çox xəstəliyi müalicə edilə biləcəyini söyləmişdir. Xərçəng, vərəm, ürək xəstəlikləri, əsəb və psixoloji xəstəliklərin yaratdığı həddindən artıq sıxılma və ardınca yaratdığı stresslərin və sonda bədəndəki həyat enerjisinin (orqon) bütün bədənə çatmamasına səbəb olacaq qədər təsirli olduğu təqdirdə yerli ölümə səbəb ola biləcəyini söyləmişdi.

Ancaq bütün bu səyləri və kəşfləri qarşılığında davamlı olaraq gözdən salınmağa çalışılmışdı. Sonda Harpers Pazaar adlı jurnalın Mc Carty-nin dövründə başlatdığı kampaniyasında ağlagəlməz günahlandırmalarla mühakimə olundu. İnstitutu bağlanıldı və kitabları yandırıldı. 2 il cəza aldı və həbsxanada (qəribə bir şəkildə) infarktdan öldüyü açıqlandı. (1957) O dövrdə orgon enerji aparatını qazanc məqsədi güdmədən insanlara yaymağı arzulayırdı.

Bu gün Reyxin yalnız “Dinlə, kiçik adam” adlı əsəri kütlələr tərəfindən oxunmaqdadır. Eyni şəkildə, gizlincə digər elmi məktəblər də (xaos nəzəriyyəsi) adı xatırlanmadan onun söylədiyi nəticələrə gəlmişdir.Bu gün isə Orqonomiya elmi araşdırmaları daha çox Almaniyada az bir büdcəylə həyata keçirilir.

Önəmli Əsərləri:

“Şəxsiyyətin təhlil etməsi”

“Xərçəng”

“Cinsi inqilab”

“Faşizmin kütlə ruhu anlayışı”

“Gələcəyin uşaqları”

“İnsanın təbiətdəki yeri”

“Reyx Freydi izah edir” (Çənə xərçəngindən ölüm səbəbini)

Və minlərlə təcrübi iş hesabatı.

BAŞLA hərəkatı

# 3028 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #