Kulis.az tanınmış fotoqraf Dadaş ADNA-nın şeirlərini təqdim edir.
Bakı.8.15
günəş bu gün erkən oyanmış
uyuyamamış gecəni
fırlanıb-fırlanıb durmuş yatağında
sabahadək
saat 8.15
Bakı hayla oyanmamış
sevişib-sevişib uyuya qalmış
Ya aşkla, ya şərabla
sevirəm
sevmirəm
bilmirəm
(ayıqkən heç bir fikrim yox)
Sərxoş olmalıyam
ya aşkla,
ya şərabla
-wein,weider und casang
- çox içmək zərərlidir-dedilər
- evet- dedim
siz içməyin
bir şarkı çaldı
mırıldandım
hadi bizimlə gəl
dedi
şarkılar
içində
gözəl qadınlar
və
şərab var
XXX
dəniz
yenə yığıb gətirmiş
ziri-zibili,
poxu-püsürü,
aşkı,
sevdanı,
səni uzaqlardan
məni yatağımdan qaldırıb
gətirmiş
gecənin
bu
saatində.
XXX
insanın bir sevgilisinin olması iyi
yanında olmasa da
yanında olmasan da
düşünmək bile
yetiyor
bazen.
XXX
əllərim arxama gedir
yaşlanıram, nədir
saçlarımda ağarmış
beş on dəqiqəyə getdiyim yolu
indi on beşə gedirəm
XXX
gedənlər var
gələnlər var
dayanacaqlarda bekleyenler var
ya gec kalmışdır
ya da heç gəlməmişdir
aşk trenləri
XXX
hisslər qısadı
bazen şeirlər uzun olsa da
hisslər qısadı
bazı şeirlər uzun olsa da.
XXX
hep, qısa-qısa cümlələr qurdum
bir kere de uzun cümlə qurmaq istəyirəm
XXX
sən
anlamazsan
bilməzsən
gülərsən yazdıqlarıma
o,
qədər
də
gözəl deyiləm
bilirəm.
XXX
arı
dolanar gələr
sancar gedər
aşk gibi.
XXX
hey,
dalğalar!!!
götürün
beni
kendinizle
bende
aşığım,
atın
beni
istədiyiniz
yerdə
yorulduğunuz
da
bende
vururum
sahilə
heç
yorulmadan.
XXX
yastığım sən oldun
yorğanım o gözəl vücudun
sənə sarılıb uyumak
en güzel hayalim
gecələr
XXX
nağıl konuşdum gecədən sabaha
kendime
hayaller kurdum
sabah uyandığımda
üç damla yağmur düşdü
pəncərəmə
göydən
almalar yerinə
sonradan çoğaldılar.
XXX
ben
heç
içmədim
ki,
sarhoş
olum.
ben
heç
ayılmadım
ki,
aşkın
sarhoşluğundan
bir
də
içim.
XXX
nə
şarkı
çalsa
mırıldanacam
səni
hatırlayacam
səni
mırıldanacam
XXX
gəl,
tez-tez
görüşək
hətta
heç,
ayrılmayak
XXX
o,
kadar
soyuqsan
ki,
buz bağladım yanında
bu istidə
donum açılmır.
XXX
çaldığım şarkıların
hepsini
şarkılardan çaldım
bu gün şarkını çaldım
bir gün də kalbini çalıcam
XXX
nə zaman
səni unutmağa çalışsam
bəyaz buludlar
gəlib durar
pəncərəmin önündə
Mandela, Mandela
Mandela,Mandela
Babam ölürkən şöylə dedi
Allahdan başqa hər kəs ölür
bir gün günəş doğacaq
və hər kəs firəvan yaşayacaq
Don Kixot
günəş arxamdan vurduğunda kölgəm upuzun olur
enlikürəkli,yekə çiyinli bir cəngavərə bənzıdirəm özümü
bircə atım çatışmır deyirəm
sevimli Rosinantım da olsa altımda girərdim döyüşə
nərə çəkib ildırım tək şığıyardım düşmənlərin üstünə
qırıb dağıdardım yel dəyirmanlarını
qılıncımı çəkib savaşardım
sevgilim Dulsuneyam üçün
Anılar
Rüzgar burdan keçmiş bu sabah
keçerken anılarını burakmış qapıma
tala tala toparlamış qarı evin bayır küncünə