Ağaların alimliyi - Etimad Başkeçid 

Ağaların alimliyi - Etimad Başkeçid 
25 iyun 2015
# 13:28

«Yazıçı dil üçündür, dil yazıçı üçün deyildir. Nəsimilərdən, füzulilərdən bu xalqa nə qaldı? Ancaq dil. Ədəbiyyatın birinci işi dildir. Xalq da dili üçündür. Ümumiyyətlə, dil nə üçünsə deyildir, nə varsa dil üçündür».

Ağalar Məmmədov namlı hərşeyşünas filosofon dil haqqında bu poetik tərifini oxuduqca adam riqqətə gəlir, az qalır fəxr eləsin. Romen Rollan demiş: «Müasir alimlər – əsl şairdirlər». Baxın, nə Sossür, nə Xomski, nə Baxtin, nə də başqa birisi «xalq dil üçündür» qənaətinə vara bilməyib. Demək ki, təkcə alim olmaq kifayət eləmir, adamda gərək həm də poetik təfəkkür olsun.

Deməli, alimlərin arasında da ağıllı, savadlı adamlara rast gəlmək olur. Nəsimi düzgün buyurur ki:

Camalın rovzeyi-rizvan deyilmi?

Dodağın çeşmeyi-heyvan deyilmi?

Füzuli öz növbəsində ərz eləyir:

Səvadi-nöqteyi-girdabə bənzər mərdümi-çeşmim,

Ki, daim ğərgeyi-girdabi-əski-çeşmi-pürxündür.

Qəd ənərəl-eşqə-lil-üssaqi minhacəl hüda!

Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Yəni, savadlı subyekt tarixi təftiş eləməyə girişməz, girişərsə ğərgeyi-girdabda ilişər, çeşmi-pürxün olar, barmağıyla göy qübbəsinə toxunmuş olar. Füzuli bu beytlərdə deyir ki, alim olan kəstə gərək «boşbeyin bambılı», «gic-gicə sözlər», «qulbeçə» və sairə kimi güclü elmi arqumentlər irəli sürməsin, əks halda, öskürənin qarşısına bir asqıran çıxar, bütün əvey-cəddini daha tutarlı dəlillərlə təhlil eləyər.

Füzulidən, Nəsimidən bu xalqa belə gözəl dil qalıb. Başqa nə qalıb? Heç nə, «ancaq dil». Məncə, Ağalar tərsini iddia etsəydi, bəlkə, daha doğru olardı, amma ona türk düşmanlığını sifariş edən indiki ağalarına xoş getməzdi. Onu da başa düşmək lazımdır, onun da mədəsi var.

İblis nədir?

Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir...?

İBLİS!!!

Gorun çatlasın, Hüseyn Cavid!

«124 min peyğəmbər sürüsü» ifadəsi Ağalar Məmmədovun son dərəcə mütəvaze alim üslubunun daha bir aspektini göz önünə sərir. Onun nə dərəcədə tolerant, inanclara nə qədər sayqılı, başqa fikirlərə, mülahizələrə necə açıq intellektual olduğunu göstərir. Avropa dəyərlərini mükəmməl mənimsəyib adam.

Avropada «elmi frikoyrluq»la məşğul olan bir «alim» zümrəsi var.

İndi bizim də öz «frik»imiz oldu – Ağalar Məmmədov.

Avanqard.net

# 5051 dəfə oxunub

Oxşar xəbərlər

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər