Tamaşada insan əti kəsdilər, bişirib yedilər, cinsi əlaqəyə girdilər - Tamaşaçılar xəstəxanalıq oldu

Tamaşada insan əti kəsdilər, bişirib yedilər, cinsi əlaqəyə girdilər - Tamaşaçılar xəstəxanalıq oldu
18 oktyabr 2024
# 12:46

Avstriyalı xoreoqraf Florentina Holzingerin “Sancta Susanna” operasında səhnədə insan əti kəsildikdən və cinsi əlaqəyə girdikdən sonra bir çox tamaşaçı xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, insan əti kəsilib, manqalda bişirilib və yeyilib. Daha sonra aktyorlar teatr səhnəsində cinsi əlaqədə olublar.

Operanın sözçüsü Sebastyan Eblinq deyib ki, şənbə günü 8, bazar günü isə 10 nəfər xəstəxanaya yerləşdirilib.

Tamaşanın yaradıcısı Florentina Holzinger sosial media hesabında bu barədə açıqlama verib:

''Tamaşada əsrlər boyu kilsədə mövcud olan stereotiplər qadın bədəni və cinsi əlaqə ilə şərh olunur. Bunların yaratdığı travmalar müzakirə edilir. Təbii ki, ədəbsiz görüntülər yarana bilər. Bu real elementlərə dözə bilmirsinizsə, tamaşaya gəlməyin. Bir daha deyirəm, zorakılıq təsvirlərinə dözə bilməyən hər kəs bu sənət əsərinə baxmağa gəlməməlidir”.

Bir səhnədə ifaçılardan birinin kürəyindən kəsilmiş "kiçik ət parçası", digərində isə digər iki ifaçının iplər taxmaq və onları yuxarı qaldırmaq üçün bədənlərinin müxtəlif yerlərindən deşik açılması nümayiş olunub.

# 219 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr noyabr repertuarını açıqlayıb

Musiqili Teatr noyabr repertuarını açıqlayıb

09:23 18 oktyabr 2024
Fransız yazıçı "Koroğlu" dastanını öz adıyla çap etdirmişdi... - ARAŞDIRMA

Fransız yazıçı "Koroğlu" dastanını öz adıyla çap etdirmişdi... - ARAŞDIRMA

09:00 17 oktyabr 2024
Sən özün nə yazmısan ki guya?!

Sən özün nə yazmısan ki guya?!

16:55 14 oktyabr 2024
Dünya həm sənindi, həm mənimdi, həm də... - Eminquey Akif

Dünya həm sənindi, həm mənimdi, həm də... - Eminquey Akif

15:24 14 oktyabr 2024
Han Kanq:  "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

Han Kanq: "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

12:00 11 oktyabr 2024
"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

12:00 10 oktyabr 2024
# # #